Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 12:39 559 nəfər oxuyub
 
Qarabağda dünya çempionatı keçiriləcək?
İDMAN Xəbəri
Qarabağda dünya çempionatı keçiriləcək?

Tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası digər tanınmayan respublikalar arasında futbol üzrə dünya çempionatı keçirmək niyyətindədir.

 

Xeber365.com erməni mətbuatına istinadla yazır ki, bu barədə Ermənistan Futbol Federasiyasının sədri Ruben Ayrapetyan məlumat verib. Federasiya sədrinin sözlərinə görə, qondarma respublika tanınmayan respublikalar arasında dünya çempionatına ev sahibliyi edə bilər.

 

“Məndə olan məlumata görə “Dağlıq Qarabağ Respublikası" çempionata ev sahibliyi etmək üçün müraciət edib. Stepanakertdəki stadionun təmir edilməsi də təsadüfi deyil” deyə Ayrapetyan keçirdiyi mətbuat konfransı zamanı bildirib.

 

Ayrapetyan həmçinin qondarma respublikanın futbol üzrə yığma komandasının aktiv oyun nümayiş etdirməsindən danışıb. O, bildirirb ki, gələcəkdə bu komandadan olan oyunçuların milliyə dəvət olunmasının FİFA ilə ciddi problemlər yarada bilər.

 

Mənbə: Müəllif:
Qarabağda, dünya, çempionatı, keçiriləcək?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı