301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
06 Mart 2017 - Bazar ertəsi 18:42 712 nəfər oxuyub
 
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
BAXIŞ Xəbəri
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL

 

 

 

Yaxında Ermənistanda  seçkilərdir. Bu ölkədə indidən gərginliyin artdığı müşahidə olunur. Həmin seçkilər ən çox bizi maraqlandırmalıdır. Lakin müdaxilə imkanlarımız yoxdur. İşğalçı dövlətdə hər cür dəyişiklik  Azərbaycanın maraqlarının  təmin olunmasına və ya zərərinə xidmət edə bilər.  Qarabağı  azad etmək üçün tarixi bir fürsət də yetişə bilər. Ermənistanda gedən proseslərlə bağlı müşahidələrimiz, düşünürəm ki, bizim səlahiyyətli  orqanlarımız üçün diqqətçəkici və yeni siyasi yanaşmalar, yeni politik manevrlər üçün bir qaynaq ola bilər. “Bu durumlarda biz nə etməliyik?” sualının cavabı bəzən gələcək onillər üçün müəyyənləşdirici faktora çevrilə bilər.

 

 

Yarımprezident üsul-idarəsində ilk seçki nə verəcək?

 

...Yaxınlaşan aylarda Ermənistanda gərgin siyasi qarşıdurmaların olacağını erməni politoloqların özləri də söyləyir. Bu iç savaşa qədər gedib çıxa bilər.  Bunu prezident Serj Sarkisyan və onun keçmiş iç  müttəfiqləri arasında gedən “söz duel”lərindən görmək mümkündür.  2015-ci ilin dekabrındakı Konstitusiya dəyişikliklərindən sonra Ermənistan yarımprezident üsul-idarəsindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə əksinə, artırılıb. Aprelin 2-də  Ermənistan seçiciləri ilk dəfə olaraq deputatları yeni siyasi sistemlə seçəcək. Sarkisyan ümid edir ki, bu süçkilərdən sonra o yeni sistemin diqtə etdiyi qaydalara görə baş nazir postunu ələ alıb hakimiyyətini sürdürəcək. Erməni mətbuatında Karen Karapetyanın baş nazir postuna anlaşmalı gətirildiyi xəbərləri də o faktı sübut edir ki, Karapetyan postunu  Sarkisyana verəcək. Amma bütün bunların heç də asan olmayacağını son günlərdə  Ermənistanda gedən siyası proseslər göstərir. Bu dəfə Sarkisyan deyəsən seçkilərdə Dağlıq Qarabağ “qəhrəmanı” faktorundan istifadə edə bilməyəcək. 2016-nın aprelində Azərbaycanın Qarabağın şimalında vurduğu sarsıdıcı zərbənin nəticələri işğal ərazilərində  status-kvonun dəyişdiyini göstərir. 

 

Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra təmas xəttində atəşkəs rejimi əsasən qorunub saxlansa da, o, davamlı deyil və son günlərdə artan gərginlik Ermənistanın danışıqlar prosesini dondurmaq üçün  yeni təxribatlara əl atacağı siqnalını verir. 2016-cı ildə aprel ayındakı toqquşmalardan sonra  Ermənistan  qondarma rejimi diqqəti əsas məsələdən yayındırmaq üçün  tanınmayan  “Dağlıq Qarabağ Respublikası”nı tanımağa cəhd göstərdi və bu siyasət tam fiaskoya uğradı.  Dağlıq Qarabağa iznsiz səfər etmiş Lapşinin Belarusiyada həbs edilərək Azərbaycana təhvil verilməsi də göstərdi ki, erməni ordularının gələcəkdə bu əraziləri nəzarətdə saxlamaq perspektivləri də fiaskoya uğrayıb. İndi, son günlərdə çəbhədə yeni toqquşmaların fonunda yenə Ermənistan qondarma qurumun tanınması məsələsini gündəmə gətirir. Ermənistanın xarici işlər naziri  E. Nalbandyan deyib ki, bu il bir ölkə (???) qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyacaq.

Bu ölkə hansıdır və erməni nazirin belə arxayınlıqla  söyləməyinin arxasında yeni bir məkr gizlənir. Hər halda bütün bunları Ermənistan rəhbərliyi seçkilərdə mövqeyini möhkəmləndirmək üçün edir. Və Qarabağ hər zaman həm iç siyasətdə, həm də xarici siyasətdə bu ölkənin alver predmetidir.  Separatçı qurumu da seçki prosesinə qatmaqla həm də danışıqlar prosesinin dondurulmasına çalışırlar. Ən azı seçkilərdən sonrakı mərhələlərə  qədər…

 

Seçkiöncəsi ölkədə vəziyyətin gərgin olduğu isə açıq görünür. Parlament seçkilərinin bu ilin aprel ayına salınması da Ermənistandakı bəzi qüvvələri narahat etmiş və hətta onun başqa bir vaxta keçirilməsi uzun müddət müzakirə mövzusu olmuşdu.  Hətta onu təxirə salınması təklifləri olmuşdu. Ermənilər istisna etmirlər ki, həmin günlərdə də 2016-cı il aprel döyüşlərinin birilliyində Azərbaycan dinc durmayacaq və hətta bu,  Ermənistanla Azərbaycan arasında yeni qanlı savaşa  gətirib çıxaracaq.  Bəzən savaş mövcud rejimlərin tək çıxış yolları olur. Ermənistanda bütün rıçaqlarını itirən Sarkisyan üçün müharibə, bəlkə də, ən yaxşı fürsət ola bilər. Buna da hazır olmalıyıq. Hətta “İskəndər “ raketlərinin istifadə edilməsinin vaxtının çatdığını söyləyən adamlar da vardır.  Hər halda Ermənistanın bu cinayətkar rejimi qorxu içində seçkilərə gedir.

 

 

Qorxu və”referendum“ oyunbazlığı

 

Serj Sarkisyanın son vaxtlarda verdiyi bəyanatlarda həmin qorxunun işartıları var. İki gündən bir onun komandası tərəfindən belə bir təbliğat aparılır ki, Azərbaycan hücum etməyə hazırlaşır.  Onun özü də yeri düşdü-düşmədi Azərbaycanla bağlı, Qarabağla bağlı ATƏT-in  apardığı danışıqlar prosesinə xələl gətirən bəyanatlar verir. Dağlıq Qarabağa son gedişindən sonra isə birdə-birə burada bir təxribatçı “referendum” məsələsi ortaya atıldı. Ermənistanın özündə belə bu oyunun nə demək olduğunu doğru-dürüst izah edən adam yoxdur. Onun nə qədər təxribatçı xarakterli olduğu getdikcə aydın olur. Azərbaycana qarşı həmişə sərt söyləmləri ilə bilinən Ermənistam Milli  Məclisinin sədr müavini Şavarş  Koçaryan belə bu referendumun anlamsız bir tədbir olduğunu dilə gətirir. Deyir ki, Dağlıq Qarabağda o zaman, yəni 1992-ci ildə “referendum” keçirilib, müstəqillik elan olunub.  İndi bunun nə mənası?

 

Məgər ermənilər bilmirlərmi ki, Azərbaycanın hər hansı bir bölgəsində  keçiriləcək istənilən  tədbir (o cümlədən referendum) yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır? Bunu onlar çox gözəl bilirlər. Hələ “referendum” keçirilməmiş beynəlxalq təşkilatlar və bir çox ölkələr onun nəticələrini tanımayacaqlarını bildiriblər.

 

Erməni müxalifətçilərindən biri haqlı olaraq deyir ki, erməni rəhbərliyi açıq şəkildə Azərbaycanı provakasiyaya çəkmək istəyir və aprel döyüşlərinə bənzər bir savaşın olmasını arzulayır. Buna Sarkisyanın düşdüyü ağır vəziyyətdən çıxması üçün bir vasitə kimi baxılır. Son günlərin gərginliyi də bunun məhz belə olduğunu isbatladı.

 

 

Ermənistanın siyasi səhnəsindəkilər

 

Ermənistanın siyasi səhnəsində Sarkisyanın keçmiş tərəfdarları artıq onun başbəlasına,  rəqiblərinə çevrilib. Onun ən böyük dayaqlarından biri olan “Çiçəklən Ermənistan” partiyası və onun zəngin rəhbəri Qagiq Tsarukyan rejimlə pay bölgüsündən özünə bir şey almadığından əvvəl siyasətdən uzaqlaşdı, indi isə yenidən səhnəyə çıxıb. Bu dəfə müxalif görkəmdə. “Orinads yergir” də həmçinin.  Ənənəvi müxalifət  Levon Ter-Petrosyanın rəhbəri olduğu və bir neçə partiyanın bir çardaq altında birləşdikləri “Ermənistan Milli Konqesi” də yeni siyasi donda hələ ortada olsa da, əsas  rəqiblərdən biri sayılır. Onlar bu seçkilərdə 131 yerlik parlamentin ən azı yarısına iddialıdırlar.  

 

Bu seçkilərdə  Serj Sarkisyan rejimi üçün ən böyük təhlükənin “müharibə partiyası”ndan gələcəyi də gözlənilməkdədir. Erməni könüllülərinin təşkilatı olan “Yerkrapa” da artıq Serjin arxasında durmur, əksinə o da yaradılacaq müxalif bloklara dəstək verəcəyini açıqlayır.  İrqçi “Sərdarabad” örgütü də eyni hərəkəti sərgiləyir. “Sasna Tzrer” adlı ultramilliyətçi təşkilatın keçən illərdən Sarkisyanla həll edilməmiş hesabı var.  “Yerkrapa” Birliyinin sədri,  general Manvel Qriqoryan deyib ki, onlar  Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın da aralarında olduğu “Raffi-Ohanyan, Oskanyan” blokuna dəstək verəcəklər.  Hətta bu qüvvələr fevralın 13-də, keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” Partiyasının lideri Raffi Ovannisyan və Seyran Ohanyanın yeni yaratdığı “Birlik” (“Konsolidasiya”) təşkilatı ilə  vahid “Raffi Ohanyan, Oskanyan” (ORI) blokunun  yaradılmasına dair memorandum imzalayıblar. Bu gün S.Sarkisyan üçün ən təhlükəli blok budur.  Proporsional seçki siyahısına  həmin blokdan bu adamlar daxildir: Seyran Ohanyan ("Birlik"), Armen Martirosyan ( "İrs"), Vardan Oskanyan ( "Birlik"), Elinar Vardanyan ( "Birlik"), Vahagn Hovhannisyan ( "İrs") , Tevanyan ( "Birlik"), Stepan Markaryan ( "Birlik"), Susanna Muradyan ( "İrs"), Geğam Nazaryan ( "Birlik"), Garnik Sahakyan ( "İrs"), Raffi Ovannisyan ( "İrs").  Hamısı da Sarkisyan rejiminin düşmənləridir. Bu siyahıya əlavə 148 namizəd daxildir.  Bunların seçkilərdə seçilmə ehtimalı Ermənistan Respublikaçılar Partiyasının üzvlərindən daha güclüdür.   

 

 

...Bu seçkilərin ardınca...

 

Ermənistanda rejim dəyişikliyi gündəmə gələcək.  Sarkisyanın prezident kimi vaxtı dolur. 2018-də prezident seçkiləridir. Amma prezident indiki qədər səlahiyyət sahibi omayacaq. Dayaqlarını itirən Sarkisyanın əvəz olunacağı düşünülməkdədir.  Bütün gücü ilə müqavimət göstərmək istəsə belə... Daha öncələr də qeyd etdiyim kimi, bu ölkədə hakimiyyət dəyişikliyi adətən Moskvanın razılığı ilə olur.  Levon Ter- Petrosyan bəlli səbəblərdən dövrə kənarındadır. Raffi Ovannisyan  və  Vardan Oskanyan “qərbçi” olduqlarına görə onların dövlətin başına gətirilmələri mümkün olmayacaq.  Buna Kreml imkan verməz.  Qalır Seyran Ohanyan.  Moskvanın çoxdan bəri hakimiyyətə  məhz onu gətirməsi ilə bağlı çoxdan bir planı var... Duruma görə vəziyyət dəyişə də bilər. Hər halda Rusiya öz “cənub vilayətində” axarı özbaşına buraxmayacaq. Ermənistan Minsk Qrupu çərçivəsində danışıqlar prosesini pozmağa yönəlik addımlar atır. Ancaq bu, təkcə onun iradəsinə bağlı məsələ deyil. Düşünürəm ki, ermənilərin belə hərəkət etməsində Rusiyanın barmağı var. Ruslar gərginliyi bir qədər də artıraraq Ermənistanda hakimiyyət dəyişikliyini yenə də öz xeyirlərinə etmək fikrindədirlər. Azərbaycan isə haqlılığını sübut etmək və keçənilki aprel döyüşlərinin davamını istəyən xalqa yeni azad olunmuş kəndlər bəxş etməklə mesajını verir və verməlidir də. Bu mesaj odur ki, danışıqlar prosesində məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilmə prinsipindən kənara çıxılmasın.

 

Qərbin müdaxiləsini də unutmaq olmaz. Moskva niyyətini gerçəkləşdirməkdən uzaq olarsa, bu,  mümkün olmasa, Ermənistanda gərginlik  daha da artacaq...

Bunların hamısına hazır olmalıyıq.

Mənbə: Müəllif: XƏBƏR365
Qarabağı, azad, etmək, üçüb, tarixi, fürsət, yetişib?, –, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı