301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 Noyabr 2017 - Çərşənbə axşamı 16:30 705 nəfər oxuyub
 
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
BAXIŞ Xəbəri
Qarsa gedən

2014-cü ilin qış Olimpiadasının keçirildiyi Soçinin gözəl arxitekturalı yarış arenalarını inşa edən türkiyəli tikinti şirkətləri 2 əsr əvvəl Qafqaz və Qara dənizin vadilərində çar 1-ci Nikolayla döyüşən Osmanlı qoşunlarına bənzəyir. Birisinin silahı ağır toplar və tüfəndirsə,o biriləri çəkic və mala ilə Günəş altındakı yeri ələ keçirməyə çalışırlar.

 

İlk baxışda,aparılan parelel yersiz görünə bilər. Çünki orduların təyinatı başqadır. Onlar dağıdır, yerlə-yeksan edir və düşmənə məxsus izləri silib atırlar. Ancaq layihəçinin, arxitektorun və mühəndisin missiyası da müxtəlif təyinatlı hərbi dəstələrdən bir o qədər fərqlənmir. Çünki dünyada savaş mədəniyyətinə tabe etdirilməyən fəaliyyət növü qalmayıb. Sülh Nazirliyi heç kimə lazım deyil. 
Rəssamın fırçası nədirsə,millətlərin əlində ox, kaman, Kalaşnikov avtomatı və ya Panoqavk raketi də eyni funksiyası ilə qiymətsiz qanlı tablolar yaradır. Ona görə süngülərdən doğulan “müharibə mədəniyyəti” termini ilə qarşılaşan hər kəs Nikolay Berdyayevin dediyi kimi, savaşların müqəddəs iş olduğuna inanır və bəşəriyyətin xilas yolunu yalnız bunda görür. Nəticədə dinc dövrün sənət əsərləri heç kəsə zövq vermir. Əksinə, bir-birini məhv etməyi körükləyən hər bir əsər, bədii yaradıcılıq nümunələri yüksək incəsənət sayılaraq, bir günün içindəcə dünya şöhrəti qazanır. ”Qremmi mükafatları”nın siyahısında siz münsiflərin hansı süjet xətlərinə heyran olduqlarını yaxşı görə bilərsiniz.

 

Sirr deyil ki,qafalardakı nifrət və yad fikrə dözümsüzlük kiçik qruplarda münaqişə doğurduğu kimi,milli və etnik mədəniyyətlər arasındakı fərqi güclə aradan qaldırmaq istəyi də silahlı toqquşmalarla nəticələnir.Deməli,müharibə ilk növbədə, şüurlarda başlayır.Milyonların ölümünə səbəb olan ideologiyalar insan ağıllarında gedən deformasiyaların nəticəsində meydana çıxır.Ən yüksək ideallara həqarət kütləviləşəndə, zor və qəddarlığa pərəstiş artır.

 

Diqqət yetirin,adicə bir əmək kollektivində aqresiya nümayiş etdirən,dava-dalaş və kobudluq vasitəsilə rəhbərliyi ələ keçirən adamlar həmkarlarının iradəsi ziddinə hər cür mənəvi və fiziki linçetmə qaydalarını ümumi normaya çevirə bilirlər.Axı belələri liderliyin başqa yolunu tanımırlar.Halbuki yoldaşlarının inamını qazanmaq,xeyirxahlığı və sülhpərvərliyi təşfiq etmək sayəsində daha yüksək nəticələr qazanmaq olardı.Konkret bir tarixi misal çəkək.Ötən əsrin 50-60 cı illərində Birləşmiş Ştatlar irqi diskriminasiyadan əziyyət çəkirdi.Ölkə əhalisinin mütləq əksəriyyətində müstəsnalıq hissi və digər rənglərə həqarət az qala ilahi təyinat sayılırdı.Yüz illərlə ağ Amerikaya qarşı dirəniş göstərən millətləri qeyri zorakı vasitələrlə mübarizəyə inandırmaq demək olar ki,mümkün deyildi. Nəhayət, vətəndaş müharibəsini durdurmaq və hər kəsin qanun qarşısında bərabərliyinə nail olmaq üçün keçirilən küçə manifestlərini,tətillər və iqtisadi sabotajları bir adam uğurlu məcraya yönəltdi.Fərqli həyat amalları ilə yaşayan Martin Lüter Kinq təmsil etdiyi irqin daşıyıcılarına hamıya sevgi ilə yanaşmağı öyrətdi.O dedi ki,bizim məqsədimiz ağlar üzərində qələbə çalmaq və onları əzmək deyil.”Bizim hərəkat cəmiyyətin azad olunmasında bütün xalqların iştirakına nail olmaq istəyir” Qara dərili lider sülh mədəniyyətini hər cür münaqişələrdən üstün tuturdu.O yaxşı bilirdi ki,ayrıseçkilik üzərində hökmranlıq edənlərə istismarçı sinfin öz silahını ilə qalib gələ bilmək mümkün olmayacaq.

 

Halbuki,1933-cü ildə Kayzer Almaniyasında hakimiyyətə gələn nasistlər hər cür müxalif fikri cəzalandırır,bir partiyadan başqa digər siyasi qüvvələrin fəaliyyətini dayandıraraq,ölkədə yalana və zora əsaslanan 3-cü Reyxi qururdular.Belə şəraitdə istismarçılıq və köləlik siyasətinin başında dayananla sonuncu tapşırığı yerinə yetirən arasında heç bir fərq yox idi.Çünki humanizmi, ləyaqəti və bərabərliyi yabançı sayan dünyagörüşün daşıyıcıları üçün birincliyə nail olmağın tək bir yolu vardı:heç kəsə rəhm etməmək!

 

Belə yerdə media və kitablar senzura altında olduğundan həqiqət üzərində tabu rejimi hökm sürür.Hitlerin gizli polisləri hər kəsi təqib edir və siyasi rəqibləri həbs düşərgələrində işkəncəyə məruz qoyurdular.Adamlar özlərini müdafiəsiz hiss etdiklərindən ölkədən qaçamaqdan başqa çarələri qalmamışdı. Bir tərəfdə tüğyan edən böyük imperiya təbliğatı,o biri yanda yoxsulluq və haqsızlıq girdabında inildəyən milyonların məhrumiyyətləri.

 

Məktəblər yüksək təhsilli və tərbiyəli gənclər ordusu yetişdirmək əvəzinə,militarizmin qurbanına çevrilərək,gənc faşist ittifaqlarında birləşirdilər.Belə hərbi millət olmağın nəticəsi hamıya bəllidir:ikinci dünya müharibəsi 53 milyona qədər insanın həyatını yedi. Onlardan az qala yarısı dinc vətəndaşlar idi.

 

“Dəmir və qan” ifadəsi həmin qəddarlığın sinonimi kimi yaranıb. Deyirlər ki,milyonları məhv etmək üçün istifadə olunan bu poetik fraza ölməz əsərlərin müəllifi olan ingilis şairi Alfred Tennisona məxsusdur. O,poemalarının birində “arzularla deyil,dəmirlə və qanla milləti formalaşdırmaq olar”,söyləmişdi.Sonralar,o qanadlı misralar Prussiya kansleri Bismarkın dilindən təkrarlanaraq,min illik Reyxin quruculuğu naminə dillər əzbəri olmuşdu.Hətta bir xalqın müharibə üçün doğulduğunu iddia edənlər,yumorla “ iki alman bir araya gələndə,marşla hərəkət etməyə başlayır”deyirdilər.Lakin bütün millətlərin qanını test edərək, savaş və ya sülh üçün doğulduqlarını ortaya qoyan heç bir fundamental araşdırma mövcud deyil.

 


Ona görə də Qafqazlarda özünü bütün quruculuq strategiyalarına qarşı qoyan Ermənistan hakim rejiminin Bakıdan yola düşən qatarın Qarsda qarşılanmasına münasibəti regional sülhün faydasına deyil,təklənməyə və keçmiş bəlalı tarixin yenidən dirçəldilməsi ideyasına daha çox xidmət edir.Çünki başqa alternativlər zəifdir,sülh ordularının sayı silahlılardan qat-qat geri qalır.
Bildiyiniz kimi,erməni tarixi özü üçün 1920 ci ilin 30 oktyabrını “ləkə günü” kimi qeyd edir.Başqa necə adlandırsınlar-axı 19-cu əsrin 70 ci illərində gedən rus-türk müharibəsinin nəticəsində Qars Rusiyanın təbəəliyinə keçmişdi. Osmanlının taxt-tacı çökəndə erməni orduları birinci respublika quruluşunun özəyini təşkil edərək,bir neçə türk vilayətinə hücum çəkdilər.Lakin iki il sonra həmin hərbi dəstələr döyüş meydanlarını kütləvi olaraq tərk etdilər və indi böyük sərkərdə,milli ideoloq,güclü siyasət adamı kimi heykəlinə təzim etdikləri Qaregin Njdeninin sözləri ilə desək,bütün erməniçiliyin “utanc səhifəsi”ni yaratdılar. Məgər,ordular toqquşanda qalib və məğlub tərəfin sərkərdələr və təbəələr deyil,xalqların olduğunu kim bilmir ki.Njdeyə görə,Qarsın divarları arasında yerə sərilən təkcə insan cəsədləri deyildi,eləcə də bir millətin döyüşə qadir olmayan,mərdlikdən məhrum edilmiş ruhu idi.

 

Ötən bir əsrdə Ağrı dağından öz keçmişinə boylanan erməni xalqı itirilmiş cənnətin ağrısı altında heç bir qurucu,birləşdirici ideya tapa bilməyib.Çox sonralar Qars fəlakətini ermənilərin əsrlərdən gələn yorğunluğu ilə əlaqələndirirək,din və siyasət adamlarından millətə yeni qalxınma proqramlarını hazırlamağı tələb ediblər. Tapşırığa əsasən,məsələn,arxiyepiskop Qaregin Ovsepyan bütün bəlaları o dövrün bolşevik inqilabının ayağına yazaraq,milli təskinlik yaratmağa çalışdı.Sən demə,erməni kommunistlərinin liderləri Qarsdakı bütün qarnizonlara və hərbi qərargahlara məlumat göndərib ki,yeni qurulanTürkiyə Cümhuriyyəti osmanlı Türkiyəsi deyil və ermənilərə hər hansı düşmənçilik hissi bəsləmir.Hətta Atatürkün Leninlə razılaşmasına istinad etməklə yeni respublikanın Rusiya ilə ittifaqda imperialist siyasət yürüdən Fransa və Britaniyaya qarşı azadlıq savaşı apardığı xüsusi vurğulanır.Belə olan şəraitdə Ermənistanın özünə paytaxt elədiyi Qarsda qələbə qazanmaq sən demə,bolşeviklərin dünyəvi düşmənlərinin işinə yarayacaqdır.Bu isə inqilabın Yaxın Şərqdən Qafqazlara qədər böyük bir məkanda uduzması demək olar.Ona görə çalışıb türk əskərini xilaskar gözdə görərək,ona təslim olmaq lazımdır.

 


Göründüyü kimi,səhihliyi şübhə doğuran belə sənədlərin məqsədi təkcə bolşevik hakimiyyətinin son qoyduğu müstəqil Zaqafqaziya dövlətlərinin süqutuna səbəb olan tarixi gerçəkləri təhrif etmir,eləcə də tarixi qələbələr haqda yaradılmış mifin puç olduğunu üzə çıxarır.

 

Lakin Qars məğlubiyyətinin daha böyük kontekstə izah edən müasir erməni fikir adamları təkcə 20-ci əsrin əvvələrində dünyada tüğyan edən fəhlə-kəndli inqilabına istinad etmir,eləcə də erməni hərbi-siyasi elitasının təmsil etdikləri xalqa necə həqarətlə baxdıqları araşdırmağı tələb edirlər.

 

Təsəvvür edin,orduya rəhbərlik edən Tovmas Nazarbekyan özünü mənşəcə mənsub olduğu millətə deyil,ruslara aid edir və hərbi kazarmalarda hər gün əskərlərin “Tanrı,çarı qoru” mahnısının sədaları ətrafa yayılır.Onun kimi əksər komandirlər tabeçiliyində olanlara rus dilində əmrlər verir,erməni dövlətinə mövsümi bir hadisə kimi yanaşır və gəlib ruslara qatılmağı yeganə düzgün yol sayırdılar.


Hətta yüzlərlə mənbədə açıq ifadə olunur ki,özünü mədəni və mental olaraq,yad adamlar kimi aparanların böyük bir dəstəsi türk əskərinə əsir düşəndə qətiyyən müstəqil dövlətin məhvindən təəssüflənmirdilər və belə vəziyyət görə qəlb ağrısı çəkənlərin sayı 3-4 nəfər idi.


Üstündən yüz il keçəndən sonra Ermənistanda həmin sual yenə də milli dövlət qurmaq istəyənlərin başının üstünü kəsib.Qarabağı ələ keçirəndən sonra itkilərin miqyası katastrofik səviyyədədir. Bakı nefti əldən çıxıb.Regiona yönələn bütün iqtisadi-siyasi layihələrin bəhrəsini görən başqalarıdır.Gürcü hökuməti çox uğurlu bir şəkildə Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək,büdcəsini dolqurmağa çalışır. Ceyhanın,Anadolunun ardınca Qars şəhərinin strateji önəmi artdıqca,özünüməhvetmə tendensiyaları cəmiyyət şüurunda daha da möhkəmlənir.Ona görə də qədim bir xalqın hərbi qəhrəmanlıq səlnamələri deyil,yüz il əvvəl 30 oktyabrda türk əskərinə döyüşsüz təslimiyyət sanki apokaliptik şəkildə təkrar olunur. Müharibə mədəniyyəti ermənilərə lazımdırmı?Bəlkə yolu dəyişməyin və milli siyasətə yenidən baxmağın vaxtı gəlib çatıb.Hətta soyqırımlar haqqında nəzəriyyələr doğrudursa,onda bir xalqa fərqli mifologiyalar,nağıllar,folklor nümunələri,bir sözlə sülh ideologiyası gərəkdir.


Tarixdən dərs almaq heç vaxt gec deyil.İkinci dünya müharibəsi zamanı Britaniyanın büdcəsini qəbul etmək üçün ona təqdim olunan maliyyə sənədlərinə nəzər yetirəndən sonra böyük Uinston Çörçil hökumət təmsilçisindən soruşur ki,burada mədəniyyət üçün ayrımalar hanı? Cavabında maliyyə naziri deyir ki,müharibə getdiyi bir şəraitdə mədəniyyətmi yada düşür.Onda Baş nazir “əgər mədəniyyət olmayacqsa,biz nəyin uğrunda vuruşuruq” deyərək,dünyaya silahın gözündən baxan bütün toplumlara əvəzsi örnək qoyub gedib.

 

Gerçəkdən də əgər Qarsa yol düşən qatara erməni xalqını qoşmaq istəyən Sarkisyan hökuməti türk əskərinə uduzmuş bir tarixdən nəticə çıxarıb,yeni mədəniyyətə,davranışa və həyat amalına baş vura bilməzmi?

 

30 oktyabrı erməni xalqı üçün ikiqat kədərə çevirməməyin yolu bundan keçir. Sarksiyan sülh qatarına minə bilmədiyindən Çörçilə deyil, Njdeyə baş əyir.

Zahid Oruc

Milli Məclisin deputatı

Mənbə: Müəllif:
Qarsa, gedən, "sülh, və, müharibə, qatarı", -, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı