301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 Sentyabr 2014 - Şənbə 22:17 1222 nəfər oxuyub
 
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Bəli, İsa bəyin partiyaya və onun siyasətinə təsir etmək hüququ var. Onun təsir etmək gücü isə şəxsin potensialından asılıdır. İsa Qəmbər Müsavat Partiyasında təcrübəsi və potensialı ən yüksək olan şəxsdir.
MÜSAHİBƏ Xəbəri
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”

Uzun sürən fasilədən sonra Müsavat Partiyasının sentyabrın 27-də VIII qurultayı keçiriləcək. Artıq namizədlərin sayı dördə çatıb və ciddi rəqabət olacağı gözlənilir. Namizədlər arasında Qubad İbadoğlu da favorit hesab edilir. O, artıq QHT sektorunda fəaliyyətini dayandırdığını və başqanlıq uğrunda mübarizə aparacağını bəyan edib. Qubad bəylə söhbətimizdə qurultayqabağı yaranmış durum və rəqibləri tərəfindən ona yönələn suallara cavab almağa çalışdıq.

 

-    Qubad bəy, Azərbaycan cəmiyyəti və müsavatçılar sizi siyasətçi yox, iqtisadçı kimi tanıyır. Bu baxımdan namizəd olaraq siyasi mesajlarınız nədən ibarətdir?
-    Siyasi mesajlar barəsində seçki platformamda yazmışam. Müsavat Partiyasının idarəçiliyində, əvvəla gənclərin, qadınların rolunun artırılmasının tərəfdarıyam. İkincisi, partiyada yaxşı nə varsa, onları saxlayıb, yeni, demokratik və sivil qaydalarla mübarizənin tərəfdarıyam. Hesab edirik ki, partiyaya intelektualların, ziyalıların  cəlb olunması vacibdir. Eyni zamanda müxtəlif dövrlərdə partiyanı tərk edənlər, inciyən şəxslər var, onlar üçün də müraciətimiz olacaq, bu insanların qayıtmasını istəyirik. Bundan başqa, partiyanın Avroatlantik məkana sadiqliyini nümayiş etdirmək üçün daha fəal olmaq və indiyə qədərki təcrübəmdən istifadə edərək bu istiqamətdə töhfə vermək niyyətindəyik. Qarabağ məsələsini daim diqqətdə saxlamağı planlaşdırırıq və əsas siyasi mesajımız modern, hesabatlı şəffaf siyasi partiya formalaşdırmaqdır. Yəni mübarizəni güc müstəvisindən intellektual mübarizəyə çevirməyi düşünürük. Çünki intellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik, güc müstəvisində qalib gəlmək üçün heç bir resursumuz yoxdur. Siyasi şəraitdən asılı olaraq müxtəlif mübarizə vasitələrindən də istifadə etmək niyyətindəyik. Yəni piketlər və mitinqlər bizim üçün hədəf yox, vasitədir.  
 

-    Rəqibiniz Tural Abbaslı isə başqan olacağı təqdirdə partiyanı kabinetdən meydanlara daşıyacağını bildirib. Sual yaranır: deməli, siz İsa Qəmbərin dövründə olduğu kimi, partiyanı kabinet partiyası kimi saxlayacaqsınız?
-    Biz müxtəlif mübarizə vasitələrindən istifadə edəcəyik, yəni şəraitə uyğun olaraq qərarlar verəcəyik. Biz bu gün partiya üzvünün həbsini və cərimələnməsini arzulamırıq. Azərbaycanda qanunların işləmədiyi, güc müstəvisində bizim qüvvələrimizin çox zəif olduğu görünür. Söhbət partiyanın mitinqlərə çıxardığı qüvvələrdən gedir. Azərbaycanda 90 mindən çox polis var.
 

-    Onsuz da müxalifət sakit dayananda,  kabinetlərdə oturanda da həbslər dayanmır...
-    Biz kabinetlərdə oturmaq niyyətində deyilik. Partiyanın daxili struktur və təşkilati inkişafı üçün işlər görmək istəyirik. Ona görə regionlarda partiya üzvləri və təəssübkeşləriylə konfranslar keçirmək, eyni zamanda, idarəetmədə şaquli deyil, üfiqi vasitələrdən istifadə etməyi düşünürük. Bu gün isə partiya rəhbərliyi və rayon təşkilatı rəhbərliyi arasında əlaqələr mövcuddur. Amma biz bölgələr üzrə təbliğat, təşkilat və gənclərin müşavirələrinin keçirilməsini istəyirik. Bax, belə üfiqi idarəetmə vasitələrindən istifadənin tərəfdarıyıq. 
 

-    Partiyanın analitik mərkəzinin olduğunu bildirmisiniz, bugünə qədər mərkəz olub, amma işləməyib və sədri də sizi dəstəkləyən Hikmət Hacızadədir. Belə çıxır ki, Hacızadənin rəhbəri olduğu mərkəz işləməyib?
-    Mən partiyanın İqtisadi Siyasət Komissiyasının sədri olmuşam. 2003-cü ildə həmin postdan getdim. Çünki ondan sonra bu istiqamətdə fəaliyyətimiz zəifləyib. Ona görə “işləməyib” söyləmək doğru deyil. Fəaliyyət zəif olub. Biz həmin mərkəzin fəaliyyətini gücləndirmək niyyətindəyik.  Əgər Hikmət bəy istəsə, ya özü, ya da təklif etdiyi şəxs analitik şöbənin sədri ola bilər. Amma qrupun üzvləri yalnız müsavatçılar olmayacaq. 


-    20 il mərkəzi işlədə bilməyən Hacızadə bundan sonra qrupu işlədə biləcəkmi?
-    Yox, mərkəz 2003-cü ilə qədər aktiv olub. 2005-ci ildən sonra məlum səbəblərdən Analitik Mərkəzin fəaliyyəti zəifləyib. Amma biz qrupun rəhbərinin Hacızadə olacağını da demirik, özüylə də müzakirəmiz və razılığımız yoxdur. Amma Hikmət bəyin potensialından istifadə edəcəyik. 
 

-    Rəqibiniz Arif Hacılı 15 ildən çox partiyanın təşkilat katibi olub, bu onun rayon təşkilatlarıyla əlaqələrinin güclü olduğuna dəlalət edir. Bu mənada səs almaq imkanlarınız necədir?
-    Müsavat Partiyasında bu məsələnin bizə həm müsbət, həm mənfi tərəfləri ola bilər. Çünki partiyanın fəaliyyətindən razı və narazı qalanlar da var. O cümlədən, mövcud strukturların idarəetmə vəziyyətindən narazı olub-olmayanlar da. Ona görə məsələyə birmənalı qiymət vermək istəmirəm. Amma biz problemi gördüyümüzdən təşəbbüs göstərdim ki, icra strukturunda, Divanda üzv olanlar istefa versinlər, ən azı status baxımdan bərabərləşək. Çünki elə bir maliyyə resurslarımız olmasa da, status məsələsi  tənzimləmədə rol oynaya bilər. Biz partiya üzvlərinin hər birinin müstəqil şəkildə qərar verməsinə inanmasaydıq, heç seçkiyə qatılmazdıq. 
 

-    Maliyyədən söz düşmüşkən, təbliğat işlərinə nə qədər maliyyə gedəcək, heç olmasa təxminən deyə bilərsiniz?
-    Partiyada təbliğat dövründə yolverilməz üsullarla bağlı qərar qəbul etmişik ki, namizədlər regionlara çıxanda heç bir xərcləmələrə yol verməli deyillər. Yəni ziyafətlər verə bilməzlər, ona görə təbliğat-təşviqat işlərində böyük xərclərimiz getmir. Dostlarımızın maşınlarından istifadə edirik, ən yaxşı halda benzin xərclərini qarşılayırıq, eyni zamanda, yeməklə bağlı xərclər. Yataq məsələsini müsavatçılar həll edir, onların birinin evində gecələyib görüşlərimizi davam etdiririk. Bunları hesablayanda təbliğat dövründə xərclərimiz 500 manatdan çox deyil. 
 

-    Müsavatın neçə rayon təşkilatı və neçə faizindən səs ala biləcəksiniz?
-    Sualın ikinci hissəsinə cavab verməkdə çətinlik çəkirəm. Amma rayon təşkilatlarının sayı 70-dən çoxdur. 
 

-    Bəs üzvləriniz...?
-    O barədə də məlumatlı deyiləm.
 

-    Başqanlığa iddialı şəxs kimi partiyanın nə qədər üzvü olduğunu bilmirsiniz?
-    Başqan olacağım təqdirdə üzvlərin intervasiyasını aparacam. Amma bir məqamı deyim, elə rayon təşkilatları var ki, qurultaya 3 namizəd var, başqa birində 22 namizəd. Partiyanın qurultay nümayəndələrinin 40 faizi Bakı və məcburi köçkünlərdən ibarətdir. 
 

-    Ona görə sizin daha çox məcburi köçkünlərdən səs alacağınızı deyirlər?
-    Yox, qətiyyən. Məcburi köçkünlər bizim siyasətimizi dəstəkləyir, təbliğatımızda iştirak edirlər, amma başqaları kimi fərqli iştirak imkanları yoxdur, çünki resursları məhduddur. Biz Naxçıvandan da, Zaqataladan da, Füzulidən də, hamısından da səs almaq imkanlarına malikik. 
 

-    Ancaq öz həmyerliniz Osman Kazımov Arif Hacılıya səs verəcəyini bildirib...
-    Normal qarşıladım, çünki Müsavat Partiyasında regionçuluq prinsipləri əsasında dəstək verilmir. 
 

-    Səbəb nədir ki, sizə yox, Hacılıya səs verəcəyini deyib?
-    Ola bilər ki, müraciət etsəydim, mənə dəstək verərdi. Amma ona müraciət etməmişəm. 
 

-    Bildirildiyinə görə, 2005-ci il parlament seçkisində Füzuli seçki dairəsindən ona rəqib olmusunuz və “Azadlıq” Blokunun rəhbərliyi sizə dəstək olduğundan indiki münasibətini sərgiləyib...
-    Bildiyim qədər Arif Hacılı ilə Osman Kazımovun münasibəti 2005-i ildən əvvələ təsadüf edir. Çünki Osman bəy AXC hakimiyyəti dövründə icra strukturunda çalışıb və Arif bəylə müəyyən iş münasibətləri formalaşıb. Bu münasibətlərin də təsiri var. Ola bilər ki, 2005-ci il parlament seçkilərində “Azadlıq” Blokunun qərarının da təsiri var, yəni mən bununla bağlı qayğılanıb təhlil aparmadığımdan dəstəyini normal qarşılamışam.
 

-    Bəs İsa Qəmbər kimi dəstəkləyəcək və ümumiyyətlə, başqan ad açıqlamalıdırmı? Hətta bəzi media qurumları Füzuli rayonundan olduğundan sizə dəstək olacağı iddiasında bulunurlar, deyilənlər doğrudurmu?
-    İsa bəyin ən böyük siyasi uğuru ondan ibarətdir ki, Müsavat Partiyasını region partiyasına çevirməyib. Müsavat Partiyasında müxtəlif regionların təmsilçiləri olduğundan ümummilli partiyadır və İsa bəy həmişə regionçuluğun əleyhinə olub. Onun kimisə dəstəkləməsi öz hüququdur, amma biz bu məsələnin açıqlanması və təbliğat qurulmasını istəmirik. Ona görə ki, partiyanın qəbul etdiyi sənədlərdən biri təbliğat-təşviqat dövründə yolverilməz üsullardır. Sənəddə İsa Qəmbərdən bir resurs kimi istifadə qadağan olunur. Bu baxımdan İsa bəyin öz açıqlaması seçkinin ədalətlilik prinsipini poza bilər. 
 

-    Bəs Qubad İbadoğlu İsa Qəmbərdən dəstək gözləyirmi?
-    Mənim İsa bəydən gözlədiyim ən böyük dəstək azad, ədalətli və demokratik seçkiyə dəstək verməsidi. İsa bəy də bunun üçün çalışır və Təşkilat Komitəsinə özü şəxsən rəhbərlik edir. Hesab edirəm ki, bu istiqamətdə də bizim problemimiz olmayacaq. 
 

-    Sizə qarşı həm sosial şəbəkələrdə, həm də mətbuatdakı ittihamlar qardaşlarınız Vüqar və Qalib Bayramovların siyasi mövqeləri ilə bağlıdır. Sual olunur: öz qardaşlarını Müsavat Partiyasına gətirə bilməyən Qubad bəy partiyanı arxasınca necə aparacaq? Amma rəqiblərinizə baxaq:  Səxavət Əlisoyun, Arif Hacılının və Tural Abbaslının yaxınları müsavatçıdırlar. 
-    Əslində, dediklərinizi yaxşı mənada da işlətmək olar, çünki biz ailə, qohum partiyası yaratmırıq və onların mövqeyini möhkəmlətmirik. Mənim qardaşlarım iqtisadçıdırlar, öz müstəqil iqtisadi çıxışları ilə mətbuatla təmasdadırlar, heç biri dövlətdə çalışmır. 
 

-    Amma Vüqar Bayramovu daha çox “Səs” və başqa hökuməti dəstəkləyən media orqanlarında görürük...
-    Ola bilər ki, digər qəzetlərə baxmırsınız. Onun iqtisadi çıxışları ən çox “Yeni Müsavat” qəzetində olur. 
 

-    Ancaq onun hökumətə loyallığı açıq sezilir və sizdən fərqli yanaşması var...
-    Ümumiyyətlə, makroiqtisadi düşüncələr siyasi düşüncədə təhlil olunmur. İqtisadiyyatda nəzəriyyələr var, ola bilər ki, Vüqar Bayramov liberal, mən isə mühafizəkar nəzəriyyənin tərəfdarıyam. Makroiqtisadiyyatda eyni məsələyə münasibətdə heç bir siyasi mənsubiyyəti olmayanların çox müxtəlif yanaşmaları var və hər biri özünü haqlı hesab edir. Vüqar Bayramov da istənilən şərhini və çıxışını əsaslandırmağa çalışır. Onun istinad etdiyi nəzəriyyələrlə bizim istinad etdiyimiz nəzəriyyələr arasında fərq var. 
 

-    Ancaq sualım açıq qalır: Qubad İbadoğlu öz ailəsinə müsavatçılıq ideyasını aşılaya bilməyibsə, partiyanı öz arxasınca necə aparacaq? Rəqibləriniz aşılayıb axı...
-    Bu geridə qalmış yanaşmadır. Biz Avropa Birliyinə üzv olmaq istəyirik və bu qurumda belə hallar konflikt mənbəyi kimi qiymətləndirilir. İkincisi, mənim Müsavat Partiyasında fəaliyyətim bu gündən yox, 1996-cı ildən sonra başlayır. Hər bir qardaşım da sərbəst olaraq öz yolunu seçib. Öz övladlarıma gəldikdə, yaşları çatmasa da, Rəsulzadə, müsavatçılıq ideyası barədə olan kitablar vasitəsilə biliklərini artırırlar. O baxımdan Vüqar Byramovun öz yanaşması var. O düşünür ki, siyasətə qarışmaq istisadçının müstəqilliyinə təsir göstərir. 
 

-    Siz hakimiyyətin iqtisadi cinayətlər etdiyinə dair çıxışlar edirsiniz O zaman qardaşınız bir iqtisadçı kimi hakimiyyətdəkilərin iqtisadi cinayətlərinə susmalıdır?
-    Onun şərhlərini oxusanız, görərsiniz ki, hakimiyyətin iqtisadi cinayətləri ilə bağlı kifayət qədər təklifləri var.
 

-    Amma Qubad İbadoğlu kimi danışmır...
-    Təbii ki, Vüqar Bayramov Qubad İbadoğlu kimi danışmalı da deyil. Çünki iqtisadi düşüncələrimiz fərqlidir. 
 

-    Hər halda gerçəyi demək lazımdırmı?
-    Gerçəyi demək lazımdır. Amma ola bilər, mənim fikirlərim çılpaq həqiqətdir,  istədiyiniz məqamları tuta bilirsiniz. Vüqar Bayramov isə fərqli yanaşma sərgiləyir. 
 

-    Başqan seçilsəniz, hakimiyyətlə hansı səpkidə münasibət quracaqsınız?
-    Müsavat Partiyasının hakimiyyətə münasibətini dəyişmək niyyətində deyiləm. 
 

-    Bugünlərdə sizin maliyyə və rabitə və informasiya texnologiyaları nazirlərinə xoş münasibətinizi gördüm...
-    Mən indiyə qədərki fəaliyyətimdə ağı qaradan, qaranı ağdan seçməyə çalışmışam. Müqayisələr yaxşı nəticələr və düzgün dəyərləndirmə üçün imkanlar yaradır. Rabitə nazirini nəqliyyat naziriylə müqayisə etsək, yəqin ki, siz də birincilərə üstünlük verərdiniz.  Yaxud maliyyə nazirini gömrüklə müqayisə etsək, yenə birinciyə üstünlük verərdik. Bu yanaşma daha doğrudur. Kimliyindən və hansı düşərgədə olmağından asılı olmayaraq şəxslərin yaxşı işlərinə yaxşı, pis işlərinə pis deməliyik. 
 

-    Əgər siz hakimiyyəti korrupsiyada ittiham edirsinizssə bunlar hamısı korrupsiya idarəetməsinin kiçik “vintcikləri” deyilmi?
-    Razıyam, amma korrupsiyaya çox bulaşmış və az bulaşmış nazir də var. Mən heç birini ideal və hamısını təmiz saymıram. Amma bu da hakimiyyətdaxili monolitliyi pozmaq üçün vasitələrdən biridir. Ən azı onlar özləri də düşünür ki, nədən bu nazir haqqında müsbət danışırlar, o birilər barədə danışmırlar. Bu da bir siyasətdir və biz reallıqları qəbul edib gördüklərimizi düzgün dəyərləndirməliyik. Bütövlükdə hakimiyyətdə təmsil olunanların “hamısı pisdir, yaxud yaxşıdır” deyə bilmərik. Bundan sonra düşünürəm ki, bu istiqamətdə müzakirələrimiz ola bilər. Amma müxalifətlə iqtidar arasında həmrəyliyin, həm də müxalifətdaxili həmrəyliyin formalaşmasının tərəfdarıyam. 
 

-    Azərbaycan siyasi tarixində partiya liderlərinin getməsi ilə təşkilatdaxili böhranlar üzə çıxdı. AMİP-də Etibar Məmmədovun gedişindən sonra parçalanmalar partiyanı çökdürdü, Elçibəyin ölümündən sonra bir neçə AXCP adına iddia edən təşkilatlar yarandı. Müsavat Partiyasını analoji təhlükə gözləyirmi?
-    Həmin partiyalarda baş verənlərin Müsavatda təkrarlanmasını proqnozlaşdırmıram. Partiyamızın özünəməxsus çətinlikləri və qurultaydan sonra uduşları olacaq. 
 

-    Yəni böhran gözlənilirmi?
-    Hesab edirəm ki, böhranın qarşısının alınması yolu Müsavatda azad, demokratik və ədalətli seçkilərdən keçir. Biz də bunun üçün çalışırıq. Seçkinin qalibi də, məğlubu da partiyada fəaliyyətini davam etdirmək niyyətindədir.
 

-    Başqan seçilsəniz, rəqibləriniz Səxavət Əlisoya, Arif Hacılıya və  Tural Abbaslıya hansı postları təklif edəcəksiniz?
-    Müsavatda kimin hansı postda olmasını başqan müəyyənləşdirmir, ən yaxşı  halda o özünə müşavirlər, müavinlər təyin edir və icra strukturunu formalaşdırır.  Digərlərini Məclis seçir...
 

-    Yəqin ki, təklifləriniz olacaq?
-    Bəli, mən onların potensialını dəyərləndirib müəyyən təkliflərlə çıxış etmək niyyətindəyəm. Amma bu, yalnız mənim qərarım olmayacaq və qərarlar üçün müəyyən müzakirələr keçiriləcək. 
 

-    Bəs onların təklifini necə?
-    İstənilən təklifi müzakirə etməyə hazıram.
 

-    Qurultaydan sonra İsa Qəmbərin siyasi taleyini necə görürsünüz? Sualı bir az fəlsəfi qoyaq, o, başqan kimi gedir, yoxsa başqanlıqdan gedir?
-    İsa Qəmbər başqanlıqdan gedir, siyasətdən yox. 
 

-    Təsiri qalacaqmı?
-    Bəli, İsa bəyin partiyaya və onun siyasətinə təsir etmək hüququ var. Onun təsir etmək gücü isə şəxsin potensialından asılıdır. İsa Qəmbər Müsavat Partiyasında təcrübəsi və potensialı ən yüksək olan şəxsdir.
 

-    Başqan seçilsəniz onun kabinetində oturacaqsınız?
-    Biz partiyaya yeniliklər gətirmək istəyirik. Başqanın oturduğu otaq onun iş otağıdır. 
 

-    Yəni siz başqan olsanız, İsa bəy ora sıravi üzv kimi daxil olmayacaq?
-    Yenə deyirəm, həmin otağı özü qurub, yaradıb, ora İsa Qəmbərin iş otağıdır. Bu gün ordan başqan kimi istifadə edir, sabah iş otağı kimi istifadə edə bilər. Bu, texniki məsələdir.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Qubad, İbadoğlu:, “İntellektual, müstəvidə, Azərbaycan, hakimiyyətinə, daha, tez, qalib, gələ, bilərik”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı