Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 23:39 153 nəfər oxuyub
 
Qurban Qurbanov: Rahat oynamağa çalışacağıq
DÜNYA Xəbəri
Qurban Qurbanov: Rahat oynamağa çalışacağıq

"Son oyunumuzu keçirəcəyik. Nəticədən razı qala bilmərik. Amma böyük faydası oldu, təcrübə topladıq. Ola bilsin, "Roma"nın şansı bu oyundan asılı olsun. Amma bu, futbolçularımın özlərini göstərmələri üçün böyük imkan olacaq".

 

Xeber365.com Virtualaz-a istinadən bildirir ki, Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.

 

45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, bu oyun son böyük oyundur. “Hər bir oyun bizə böyük təcrübə, inam verir. Sabah daha yaxşı oyun göstərəcəklər. Təzyiq altda yox, rahat oynamağa çalışacağıq”, - Q.Qurbanov bildirib.

 

Komandasının oyundakı şansarını qiymətləndirən baş məşqçi deyib: “Real baxmalıyıq. Qrupa düşəndə bəlkə də, hamı fikirləşirdi ki, biz xal toplamayacağıq. Amma "Atletiko"dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm "Qarabağ", həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik”.

Mənbə: Müəllif: XƏBƏR365
Qurban, Qurbanov:, Rahat, oynamağa, çalışacağıq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı