Xəbər haqqında
18 Noyabr 2017 - Şənbə 16:02 1587 nəfər oxuyub
 
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
MÜSAHİBƏ Xəbəri
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi

Araşdırmaçı jurnalist Eynulla Fətullayevin yazdığına əsasən, Almaniyada mühacirətdə olan keçmiş millət vəkili, oliqarx, “Quska” ləqəbli mafioz Hüseyn Abdullayev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasının lideri olan Sərdar Cəlaloğluya hücum təşkil etdiyini etiraf edib. Prezidentliyə namizədliyini verəcəyini açıqlayan Hüseyn Abdullayevin “Azadlıq” qzetinin səhifələrində jurnalisti təhqir edən yazıları dərc ediləndən sonra Eynulla Fətullayev ona cavab verib və rəhbərlik etdiyi saytlarda quldurun prezident ola bilməyəcəyi ilə bağlı yazılar yayımlayıb. Bu Hüseyn Abdullayevi daha da qəzəbləndirib və öz təhqirlərini yeni üslubda davam etdirib. Nəticədə jurnalist keçmiş millət vəkilinin öz dilindən eşitdiyi cinayətləri ictimaiyyətə çatdıracağı barədə anons verib. İlk tarixçə isə qeyd etdiyimiz kimi, Sərdar Cəlaloğluna hücumla bağlıdır.

Xeber365.com məsələni aydınlaşdırmaq üçün sözügedən hadisənin digər qəhrəmanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun özüylə əlaqə saxlayıb. Sərdar Cəlaloğlu isə həyatına qəsddə “Quska”nın heç bir əlaqəsi olmadığını, Eynulla Fətullayevin onunla bağlı səsləndirdiyi iddiaların jurnalistin növbəti oyunu olduğunu dilə gətirib:

 

“Mənim həyatıma 1998-ci ildə, həqiqətən, qəsd olub. Bu hadisə ilə Quskanın heç bir əlaqəsi yoxdur. Mənə bu qəsdi hökumət təşkil etmişdi. Həmin sui-qəsddə iki nəfər var idi: Xeyrulla Hüseynov və Vaqif Məmmədov. Mənə qarşı qəsd Əbu-Bəkr məscidinin qarşısında, küçənin ortasında olub. Mən bloklu bir evdə yaşamamışam. Yazıblar ki, başıma vedrə keçirildi, taxta ilə vuruldu. Bunlar hamısı yalan, boş, heç bir əsası olmayan sözlərdir. Hətta mənim özümdən soruşdular ki, bu hadisə nə vaxt olub? Yəni o qədər yalan uydururlar ki, heç o hadisənin nə vaxt olduğunu da bilmirlər. Sadəcə eşidiblər ki, belə bir hadisə olub”.

 

Söhbət zamanı Sərdar Cəlaloğlu hadisələrdə adı keçən Hüseyn Abdullayevin ona qarşı qəsddə iştirak etməsə də, müxalifətə qarşı həqiqətən zorakılıq etdiyini bildirib: “Hüseyn Abdullayevin müxalifətə qarşı zorakılıq etdiyi bir faktı bilirəm. Biz Qələbə kinoteatrının yanında mitinq keçirirdik. Mitinq qurtarandan sonra bir qrup adam mitinq iştirakçılarına hücum elədi. Bu hadisədən çox sonra bizim partiyaya bir neçə idmançı gənc üzv oldu. Onlardan biri etiraf etdi ki, o vaxt Quskanın dəstəsində olub. İş adamı onların hərəsinə 300 manat pul verib ki, mitinqdə liderləri döysünlər”.

“Bəs Eynulla Fətullayev haqqınızda bu yalan məlumatı nə üçün yazıb?” sualına ADP sədrinin cavabı belə oldu: “Burda Eynulla Fətullayev öz aləmində guya Quskaya qarşı nəsə yazır. Əvvəla, Quska mənim həyatıma qəsd etdiyini sənə demişdisə, cinayəti bilib xəbər verməməyin özü də cinayətdir. Nə əcəb prokurorluğa o vaxt gedib müraciət etməyib ki, bu adam partiya sədrini öldürməyə cəhd edib? İkincisi, mən bloklu evdə qalmaya-qalmaya yazıb ki, “padyez”də döyülüb. Mən həyət evində qalıram. Necə uydurubsa, heç bilmir həmin dövrdə mən harda yaşamışam. İndi üstündən 20 ilə yaxın vaxt ötəndən sonra heç bu məsələyə aidiyyatı olmayan bir adamı gündəmə gətirməklə Eynulla burda iki iş görür. Bir tərəfdən, həqiqətən, mənim həyatıma qəsd edən adamları məsuliyyətdən azad edir. O biri tərəfdən də, mənim həyatıma qəsddə heç bir əlaqəsi olmayan Quskaya qarşı hansısa iddialar ortaya atır. Mən heç vaxt Heydər Əliyevin şəxsiyyətini təhqir etməmişəm. Ümumiyyətlə, mən 30 ildir siyasətdəyəm, heç vaxt heç kimin şəxsiyyətini təhqir etməmişəm. Bu da bir yalandır. Araşdırsınlar o vaxtkı mətbuatı. Bir də ki, əgər mən Əliyevi təhqir etmişəmsə, bunun Quskaya nə aidiyyatı var? Belə çıxır ki, Quskaya bunu kimsə tapşırıb”.

Sərdar Cəloloğlu açıqlamasında jurnalistə qarşı sual da ünvanlayıb: “Əgər belə bir şey olubsa, onda Eynulla açıqlıq gətirsin görək, Quskaya bunu kim tapşırıb?”

 

 

 

Mənbə: Müəllif:
Quska, zorakılıq, edib,, amma, mənə, qarşı, yox..., -, Sərdar, Cəlaloğlu, yazılanları, təkzib, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı