Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 19:07 110 nəfər oxuyub
 
Quzanlıda sursat tapıldı
GÜNDƏM Xəbəri
Quzanlıda sursat tapıldı

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində 4 ədəd mərmi aşkar edilib.


Xeber365.com məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya informasiya daxil olub.


Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə su kanalına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Mənbə: Müəllif: XƏBƏR365
Quzanlıda, sursat, tapıldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı