Xəbər haqqında
06 Yanvar 2018 - Şənbə 20:18 380 nəfər oxuyub
 
Ərəb ölkələrindən Fələstinlə bağlı qərar
- Xəbəri
Ərəb ölkələrindən Fələstinlə bağlı qərar

Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasına çalışır.

 

Xeber365.com "İTAR Tass"a istinadla yazır ki, bu barədə İordaniyanın Xarici İşlər naziri Ayman əs-Safadi Liqanın nazirlər səviyyəsində Qüds məsələsinin müzakirəsi üçün keçirdiyi görüşündən sonra açıqlama verib. Nazirlər İordaniyanın paytaxtı Əmmanda bir araya gəlib. Əs-Safadın sözlərinə görə, nazirlər Şərqi Qüds paytaxt olmaqla Fələstinin beynəlxalq səviyyədə tanınmasına çalışacaq və liqaya üzv dövlətlər bu istiqamətdə səylərini əsirgəməyəcək.

 

"Fələstin məsələsini həll etmədən regionda sülh və təhlükəsizliyi bərpası mümkün deyil. Ərəb dövlətləri Qüdsün statusunun dəyişdirilməsi istiqamətində atılan istənilən addıma qarşıdır. Nazirlər Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanıması məsələsini də pisləyib" deyə XİN rəhbəri qeyd edib.

 

 

 

Mənbə: Müəllif:
Ərəb, ölkələrindən, Fələstinlə, bağlı, qərar,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı