The document has moved here.
|
||
Rəcəb Tayyib Ərdoğan Emmanuel Makron arasında telefon danışığı olub | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub. "Bu axşam Fransa Prezidenti Makronla videokonfrans görüşü keçirdik. Görüşümüzdə ikitərəfli münasibətlərin yanında regional və qlobal məsələləri müzakirə etdik."
"Xəbər365" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz Telegram kanalında bildirib.
Ərdoğan "Fransanın koronavirusla mübarizəsini yaxından izlədiyimizi bildirərək, epidemiyada həyatını itirən Fransa vətəndaşlarına görə başsağlığı verdik. Türkiyənin peyvənd səylərini çox sıx bir şəkildə davam etdirdiyini və mərhələli normallaşma addımlarını cənab Makrona danışdım. Françis və Qanuni Sultan Süleyman tərəfindən məktub vasitəsilə qurulan bu dostluğun bir çox çətinliklərdən keçdiyini vurğuladığım bu danışıqda bu əməkdaşlığın çox ciddi bir potensiala sahib olduğuna inandığımı bildirdim. Terrorla mübarizə başda olmaqla bir çox mövzuda Fransa ilə həmrəylik içində davranmağı arzulayırıq. Sizi sevgi və hörmətlə salamlayıram, gecəniz xeyirə qalsın - deyə bildirib.
|
||
|
||
Rəcəb, Tayyib, Ərdoğan, Emmanuel, Makron, arasında, telefon, danışığı, olub, |
|