Xəbər haqqında
17 Noyabr 2017 - Cümə 15:16 408 nəfər oxuyub
 
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
MÜSAHİBƏ Xəbəri
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...

Bu gün “525-ci qəzet”in yaranmasından 25 il ötür. Xeber365.com bu münasibətlə qəzetin yaradıcı kollektivini və 25 ildir mətbu orqana rəhbərlik edən Rəşad Məcidi təbrik edib, onunla kiçik söhbət aparıb.  

 

- Rəşad müəllim, 25 il əvvəl - 1992-ci ildə Azərbaycan tarixi baxımdan özünün ən ağır günlərini yaşayırdı. Belə bir dövrdə qəzet çıxarmaq və onu bu günə qədər yaşatmaq nə dərəcədə çətin oldu?

 

- Həmin dövrdə qəzet çıxarmağın çox böyük çətinlikləri vardı. Əsasən də texniki məsələlərdə çətinlik çəkirdik. Aliminum sexlərində yığım üsulu ilə şriftlər yığılırdı. Qəzet çıxan günlər onun  korrektə, redaktə işləri çox əziyyətli bir proses hesabına başa gəlirdi. Əməkdaşlarımız çap sexinə gedirdilər. Əlləri, qolları aliminium tozlarına, dəmir paslarına bulaşırdı. 

 

Sonralar kompüter yaradıldı, çap sexi ləğv olundu. Bu yenilik əvvəllər bizim üçün ağlagəlməz yeni bir texnologiya idi və qəzet işində xeyli rahatlıq əldə edildi. 

 

Siyasi tərəfədən baxanda isə, əlbəttə, Azərbaycanda senzuranın mövcudluğu, daha sonra 1998-ci ilin avqust ayında mərhum prezident, ümummilli lider Heydər Əliyevin fərmanı ilə senzuranın ləğvi tarixi hadisə oldu. Ona qədər  "525"in senzura dövründə ağ səhifələrlə çıxdığı vaxtlar olub. 

 

Sonrakı illərdə yeni problemlər ortaya çıxmağa başladı. Məmur-media qarşıdurması, daha sonra Mətbuat Şurasının yaradılması… Ümumiyyətlə, bu illər ərzində "525-ci qəzet"in tarixi Azərbaycanın müstəqil mətbuat tarixi ilə üst-üstə düşür. Bu mənada biz 25 il əvvəl fikirləşə bilməzdik ki, bu qədər fərqli məqamlar olacaq.

- Hazırda qəzetlər zamanın tələbinə uyğun olaraq, öz onlayn versiyasını yaradıb. Amma bu mənada "525" sanki nəbzi tuta bilmədi. Bu mənada internet versiya ilə bağlı hər hansı planlarınız varmı?

 

- "525-ci qəzet"in elektron variantı Azərbaycanda ən qədim saytlardandır. Elektron saytların ilkini biz yaratmışıq . Yeni media çıxanda  biz artıq  düşündük ki, hansı informasiya Azərbaycan ictimaiyyəti, dövləti üçün xeyirli deyilsə, biz bunu qəzetimizdə, saytımızda verməyək. Ona görə də belə təəsürat yaranır ki, "525" bu mənada bəzi saytların gündəlik ortaya atdığı informasiyaları yaymaq baxımından geri qalır. Biz onsuz da qəzetdə də, saytda da ciddi bir qəzetçilik ənənəsi qoruyub saxlamağın tərəfdarıyıq. 

 

Bizim əməkdaşlarımız, işçilərimiz, hətta mənim oğlum bu saytı yeni yaradanda fikirləşdi ki, bu tipli informasiyalar, yəni texnologiyanın tələb etdiyi hansısa xəbərləri yayaq. Ancaq bir neçə gündən sonra mən dedim ki, yox nə "525", nə də "525" fəlsəfəsi buna imkan vermir. Mən hesab edirəm ki, bəzi saytlarda yazılan bəzən quraşdırma, özündən sensasiya yaratmaq cəhdləri "525-ci qəzet" üçün məqbul deyil. Bizim qəzetin əməkdaşlarının və mənim oğlumun yaratdığı saytlar var. Amma onlar mənim düşüncəmdə olan və mənim arzuladığım sayt olmadığına görə qəbul etmədik. Bizim saytımız və qəzetimiz həmişə belə qalacaq: Ağır təmkinli, sanballı... "525"in maarifçilik funksiyası var, biz bunu həmişə qoruyub-saxlayacağıq. "525-ci qəzet" nə qədər qalacaqsa, məhz bu cür klassik qəzetçilik ənənələrini qoruyub saxlayacaq.

 

Ayşəm Rüstəmova

Mənbə: Müəllif:
Rəşad, Məcid:, Biz, həmişə, belə, olacağıq,, ağır,, təmkinli,, sanballı...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı