Xəbər haqqında
02 Yanvar 2018 - Çərşənbə axşamı 20:21 782 nəfər oxuyub
 
Rəsmi Bakı İrandakı etirazlara münasibət bildirdi
GÜNDƏM Xəbəri
Rəsmi Bakı İrandakı etirazlara münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

 

Xeber365.com APA-ya istinadla yazır ki, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

 

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.  Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.  Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub.

Mənbə: Müəllif:
Rəsmi, Bakı, İrandakı, etirazlara, münasibət, bildirdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı