The document has moved here.
|
||
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv deyil, acı bir reallıq idi. Azərbaycan Milli Şurası əlində bir əsgəri olmadığı dövrdə ermənilərə və onların arxasında dayanan dövlətlərə qarşı qoya bilməyəcəklərini yaxşı anlayırdılar.
Ancaq tez-tez olduğu kimi bu dəfə də Azərbaycanda AXC-nin növbəti ildönümündə, onun gördüyü işlərə kölgə salmaq istəyənlər ortaya çıxdı. Yenə də AXC-ni və onun rəhbəri M. Ə. Rəsulzadəni “İrəvanı ermənilərə güzəştə getməkdə”, səriştəsizlikdə ittiham edirlər. Xeber365.com AXC tarixi ilə bağlı mütəxəssislərdən biri olan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarixçi və fəlsəfə doktoru Faiq Qəzənfəroğlu ilə AXC-nin yarandığı dövrün tarixi reallıqları, o zaman baş verən hadisələr haqda söhbətləşib.
“Rəsulzadə İrəvanın ermənilərə güzəştə gedilməsi iclasında iştirak etməmişdi”
- Əvvəla M.Ə.Rəzsulzadəni ya da Azərbaycan Cümhuriyyəti hökumətini İrəvanı ermənilərə güzəştə getməkdə suçlamaq qətiyyən doğru deyildir. Özəlliklə, Rəsulzadə İrəvanın Ermənilərin paytaxtı kimi güzəştə gedilməsində heç bir iştirakı olmamışdır.O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası bu cür qərar qəbul etmişdir. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumidə Türkiyəylə danışıqlar aparırdı. Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir. Azərbaycan Milli Şurası isə 1918-ci ilin mayın 29-da belə bir qərarı Erməni Milli Şurasının istəyi üzrə müzakirə edərək qəbul etmişdir. Həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları olaraq görülsə də, məcburi bir addım kimi məqsədəuyğun görülmüşdür. Başqa sözlə, həmin anda Azərbaycan Cümhuriyyəti istiqlalını yenicə elan etdiyi üçün onun ərazisi hələ dəqiqləşməmişdir. Sadəcə, təbii olaraq İrəvan da daxil olmaqla Osmanlı-Türkiyə sərhədlərindən Xəzər dənizinə qədər bütün torpaqlar Azərbaycan türk ərazisi hesab olunurdu. Məhz bunu yaxşı bildikləri üçün Erməni Milli Şurası Azərbaycan Milli Şurasına müraciət etmişdir. Bu isə o deməkdir ki, istiqlalını yenicə elan edən Azərbaycan Cümhuriyyəti İrəvanı öz ərazisi kimi görməsinə baxmayaraq, onu məcburiyyətdən ermənilərə güzəştə getmişdir. Şübhəsiz, bu məcburiyyətin arxasında yalnız ermənilərin də bir dövləti olsun və Azərbaycanın digər ərazilərindən iddilarını geri çəksinlə bağlı olmamışdır. Eyni zamanda Azəbaycan Milli Şurasını bu addımı atmağa xarici qüvvələr də təhrik etmişlər.
- İstərdim o dövürki tarixi şərait və prosseslər haqda bizə bir qədər ətraflı məlumat verəsiniz.
- Əslində İrəvanın paytaxt olaraq ermənilərə güzəştə gedilməsində bir tərəfdən ermənilərin özlərinə dövlət qurmaq üçün paytaxt tapa bilməməsi ucbatından baş vermişdi. Ermənilər öncə Gümrini özlərinə paytaxt görürdülər. Amma həmin an Gümri Türkiyə qoşunlarının nəzarəti altında idi. O zaman ermənilər özlərinə paytaxt kimi daha uyğun olan İrəvanı gördülər. BununüçünisəAzərbaycanMilliŞurasınınrazılığıgərəkidi.
- İrəvanın verilməsində Rəsulzadənin şəxsən rolu olmadığını dediniz, bəs o “İrəvanın güzəştə gedilməsinə” necə etirazını bildirmişdi?
- O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası belə bir qərar qəbul etmişdi. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumidə Türkiyəylə danışıqlar aparırdı. Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir. Sadəcə, Azərbaycan Milli Şurası belə bir addın atarkən Rəsuzladə həmin iclasda iştirak etməmişdir. Bəzən yazırlar ki, Rəsulzadənin başçılıq etdiyi Mili Şura həmin qərar qəbul edib, bu anlamda o da günahkardır. Bunu iddia edənlər bilməlidirlər ki, Rəsulzadənin Milli Şuranın sədrliyinə gətirilməsi onun xəbəri olmadığı halda baş verdiyi kimi, İrəvanın erməniləər güzəştə gedilməsi də eyni analamda baş vermişdir. Çox yazıqlar olsun ki, Azərbaycanın istiqlalının elan edən Milli Şuranın başçısı olaraq Rəsulzadənin adı “İstiqlal Abidəsinə” həkk olunmadığı halda, ancaq İrəvanın güzətə gedilməsi məsələsində ön palan çıxarılır. Bu tamamilə yanlışdır. Doğrudur, Rəsulzadə bu dövlətin - Azərbaycan Cümhuriyyətinin birinci şəxsi idi. O həmçinin bir demokrat idi. Bu anlamda Rəsulzadənin adı yalnız “İstiqlal Abidəsində” deyil, bütün analamlarda birinci yerdə dururu. Rəsulzadə dünənin, bugünün və gələcəyin Azərbaycan Respublikasının birinci şəxsidir, onun qurucusudur. Bir dövlətin bir qurucusu olar: Rəsulzadə.
- İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv deyil, acı bir reallıq idi. Azərbaycan Milli Şurası əlində bir əsgəri olmadığı dövrdə ermənilərə və onların arxasında dayanan dövlətlərə qarşı qoya bilməyəcəklərini yaxşı anlayırdılar. Ona görə də tək təskinlikləri, bununla da erməniıərin Naxçıvandan, Qarabağdan əl çəkəcklərini ümid edirdilər. Bu anlamda o zaman atılan addım tarixi səhv deyil, dünyada sözü keçən bir türk dövlətinin olmamasının nəticəsi idi. Əgər bu gün güc sahibiyiksə, güclü ordumuz varsa nədən Qarabağı işğaldan azad edə bilmirik deyincə, yenə də dünyanın real şərtləri önə çəkilmirmi?
|
||
|
||
Rəsulzadəni, İrəvanı, ermənilərə, verməkdə, suçlayanları, gələcək, nəsillər, çox, şeydə, suçlayacaq, |
|