301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
31 Yanvar 2018 - Çərşənbə 23:49 1073 nəfər oxuyub
 
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
BAXIŞ Xəbəri
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili

Azərbaycanın görkəmli şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884 ildə Bakının Novxanı kəndində doğulmuşdur. O, azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Cümhuriyyətinin(1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olmuşdur. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Siyasi prosesləri anındaca qavrayan bu böyük türk hələ 17 yaşında olarkən 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaratması ilə Azərbayanda Rusiya imperiyasına qarşı gizli mübarizənin əsasını qoyur. 1920-ci il 28 apreldə Milli hökumət devrildikdən sonra bir müddət gizlənməli olmuş, daha sonra Bakıda həbsxanada qalmış, Stalin onu özü ilə Moskvaya aparmış və sonrada Moskvadan qaçaraq Finlandiyaya keçmiş, oradanda Türkiyəyə mühacirət etmişdi[1,268; 6,3,22,53,54,]. Mühacirətdə olduğu dövrdə belə öz vətənini azad görmək uğrunda yorulmaq bilmədən çalışır. Mühacirət dövrü onun ədəbi yaradıcılığının ən məhsuldar dövrüdür. Mühacirətdə olduğu zaman 1951-ci ildə M.Ə.Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” əsəri işıq üzü görür. O qədər də geniş olmayan bu kitabda bir sıra mühüm məqamlara toxunulmuşdur[8].

 

Əsər M.Ə.Rəsulzadənin müraciəti ilə başlayır. Ön söz hissəsində Rəsulzadə belə bir ifadə işlədir: “Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxımnöqtəsidir”[7,84]. Həqiqətəndə 1826-1828-ci illər Rus-Qacar müharibəsi nəticəsində Azərbaycanın şimalını işğal edən Rusiya burada 100 ilə yaxın bir zamanda müstəmləkə siyasətini həyata keçirdi[1,180; 5,102]. Şimali Azərbaycanın rus istibdadından azad olması 1918-ci il 28 maya təsadüf edir və bu günü M.Ə.Rəsulzadə Azərbaycan tarixinin haqlı olaraq ən böyük hadisəsi adlandırır[7,84]. Fikrini davam edən müəllif 28 maydan öncəki tarixə nəzər salır və qeyd edir ki, rus istibdadı zamanında Azərbaycan mənən heç zaman rus dövlətinə ram olmadı[7,85]. Rusların Şimali Azərbaycanı işğal etməsi və burada talançı siyasət yeritmələrinə türk milləti heç zaman göz yummadı, lazım gəldikdə üsyanlar oldu, qaçaq hərəkatları baş qaldırdı, vergidən yayınmalar və s. hamsı buna aiddir. Azərbaycan Cümhuriyyətindən bəhs edən müəllif o zamanlar yeni qurulmuş Türkiyə Cümhuriyyətinin və dağılmaqda olan türk Qacar hökumətinin vəziyyətinin son dərəcə ağır olmasını bildirir və birinicinin məcburiyyət üzündən bolşeviklərlə müqavilə bağlmasını diqqətə çatdırır[7,86]. Əslində bunu bildirməklə M.Ə.Rəsulzadə o zamankı Türkiyənin düşdüyü beynəlxalq vəziyyəti başa salır və bu izah bir çox kitablarda Türkiyə əleyhinə yazılmış ittihamlara layiqli cavabdır. Rus işğalından danışan zaman Rəsulzadə bildirir ki, bolşeviklərin Azərbaycanda güclü dayağı yox idi və əhalinin çox hissəsi Müsavatın ardı ilə gedirdi. Bununla bağlı statistik faktlar təqdim edir: “1907-ci ildə Bakı işçiləri şurası seçkilərində bu partiya səslərin 70-ni qazanmışdı... Bakıdakı türk kommunistlərin sayı 300-dən çox deyildi... Rus kommunist partiyasının Bakı komitəsində 3 erməni, 2 rus və bir gürcü vardı”[7,87]. Eyni zamanda müəllif Sovet hakimiyyəti dövründə bu quruluşun cəmiyyətimizə necə yad olduğunu göstərmək məqsədilə qeyd edir: “1925-ci ildə verdiyi bir raportunda Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir”[7,87]. Rəsulzadə gizli işləyən Müsvatı da unutmur və qeyd edir ki, 19-cu nömrəsini buraxmağa müvəffəq olmuş Müsavatın mətbəəsini polis təsadüfən qəlp pul buraxan maşın axtararkən yaxalayır[7,87]. Ümumiyyətlə o zaman Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə gizli şəkildə işləyən Müsavat sovet əleyhinə xeyli işlər görürüdü[7,87-88; 9]. Müsavata qarşı əməlli-başlı mübarizəyə qalxan Sovet hakimiyyəti etdiyi cəhdlərə baxmayaraq onun üzvlərini yaxalaya bilmirdi[9]. Bu üzvlərdən bəzilərinin sovet məmuru kimi də fəailiyyət göstərməsi isə o zaman partiyanı belə təəccübləndirmişdi[7,88]. Müsavatçılıq artıq vətənpərlik anlamına gəlirdi. Pariya milli mücadiləni genişləndirmək məqsədilə məktəblərdə işləyən müəllimlərə milli şüuru təbliğ etmək haqqında təlimat da hazırlayıb yaymışdı[7,88]. Ədəbiyyat sahəsində çətinliklərlə qarşılaşan bolşeviklər 1937-ci ilə qədər heç cürə öz istəklərinə nail ola bilmirdilər, hətta 1921-ci il 5 oktyabr tarixli Kommunist qəzetində dərc olunan o zamankı Xalq Maarif nazirinin çıxışı belə idi: “Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin «Müsavat» dövründən xəbəri yoxsa da, yenə milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın Gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və «Baxımsız Azərbaycan» şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər”[7,89]. “Sapıntıçılıq”da ittiham edilən mədəniyyət xadimlərinin Yazıçılar İttifaqından çıxarılması izah edən müəllif qeyd edir ki, bu sovet şəraitində bir insanı bütün hüquqlarından məhrum edərək ac qalmağa məhkum etməkdir[7,96]. Kommunistlərin “sapıntıçılıq” dediyi sözə aydınlıq gətirən Rəsulzadə bu sözün “uklon” sözündən götürüldüyünü  və yəni doğru yoldan sapmaq anlamına gəldiyini izah edir, eyni zamanda qeyd edir ki, milli istiqalal fikirlərinə meyl edənlərə “milli sapıntıçılar” adı verilirdi[7,89]. Rəsulzadənin diqqəti çəkən qeydlərindən biri də AKP-nin baş katibi Əyyub Xanbudaqov haqqındadı. O, “milli sapıntıçılar”ın başında duran Xanbudaqovun istəkləri haqqında yazır: “1.Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya «yerli millətçilik» damğası vurur. Buna qəti olaraq son qoyulaçaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləçək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən sovet hökumətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli - mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə, qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı)”[7,89-90]. Ə.Xanbudaqovun bu fikirləri belə nəticəyə gəlməyə əsas verir ki, o zaman bolşevik təbliğatını uyub onun ardıcıllarına çevrilmiş, lakin sonradan bu ideyaların xalqımıza yabancı olduğunu görüb onlardan üz çevirən milli qüvvələrin istəklərinin nəticəsidir. M.Ə.Rəsulzadənin legionerlərlə söhbətlərinə diqqət yetirsək biz bu fikirlərin doğru olduğunu görərik[7,100-104]. Eyni zamanda Bakıdakı “Kommunist” qəzetinə müsahibə verən AKP Bakı Komitəsi katiblərindən biri Səbiyev deyir: “1922-ci ildə beyinləri millətçilikdən dumanlanan kommunistlər Azərbaycanı burjua demoktratik respublikası elan etməyi planlaşdırırlarmış”[7,90]. Xanbudaqovun bu fikirləri ona və həmfikirlərinə baha başa gəlmiş, partiya sıralarında ciddi islahatlar aparılmışdı[7,90]. AKP-də baş verən bu hadisələrə münasibət bildirən Yaroslavski “Pravda” qəzetində “Azərbaycan Kommunist Partiyasının faciəli iflası” adlı məqaləsində çox maraqlı bir ifadə işlədir — “...sovet neftinin 70-ni Azərbaycan verir”[7,90]. II Dünya Müharibəsindən sonra bir çox şəhərlərə adlar verilsə də, müharibə üçün misilsiz xidmət göstərmiş, 75 milyon ton neft vermiş Bakıya qəhrəman şəhər adı verilmədi[1,300]. Azərbaycan sovet hakimiyyətinin müsbət tərəflərinə toxunan zaman Rəsulzadə də qeyd edir ki, “neft respublikasında” əslində daha çox iş görmək olardı. Bütün bunlar sübut edir ki, o Azərbaycan Moskva üçün hava-su kimi lazımılı bir ölkə idi[7,92]. Baş verənlərə obyektiv yanaşma Rəsulzadənin müsbət cəhətlərindən biri idi. Belə ki, o sovetin Azərbaycandakı gördüyü işlərdən danışarkən maarif sahəsində görülmüş işləri tərifləmiş, əhalinin arasında savadsızlığın azalmasını, şairlərimizə heykəllərin ucaldılmasını, onların xatirələrinin əbədiləşdirilməsini, qadınların arasında alimlik dərəcisi alanların olmasını müsbət hal kimi qiymətləndirmişdi[7,91-92]. Eyni zamanda türk dilinin sıxışdırılmasına da kəskin etirazını bildirmişdi[7,92]. Azərbaycanın tarixi şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsindən danışarkən müəllif rusların əsl məqsədlərini izah edir. Belə ki, o Nizamin ideallaşdırılmasının izahını verərkən, Nizaminin türklük və ruslar haqqındakı fikirlərinin gizlədilməsini diqqətə çatdırır, M.F.Axundzadənin “inamlı rusofil” yazıçı kimi təbliğ edilməsinə isə narazılığını bildirir[7,94].

 

Ümumən əsərə diqqət yetirdikdə müəllifin haqlı olaraq sovet hakimiyyətindən narazı olduğunu görürük. İstibdadın iki növündən yazan Rəsulzadə bunlardan birinin “iqtisadi mərkəzçilik”, digərinin isə “mədəniyyətin ruslaşdırılması” olduğunu qeyd edir. Birinci növ istibdaddan danışarkən mütəfəkkir rusların Azərbaycana köçürülməsinə, Azərbaycanın Sovet İttifaqının ümumi mənfəəti naminə pambıqçılıq regionuna çevrilməsinə, idarələrdə, sənaye işçiləri arasında say nisbətinin azərbaycanlıların zərərinə dəyişməsindən şikayətlənir[7,92].

 

“Mədəniyyətin ruslaşdırılması”ndan danışarkən isə Rəsulzadə ən önəmli bir məsələyə toxunur. Bu türk dili məsələsi idi. 1937-ci ildəki orfoqrafiya konfransı haqqında yazır: “Bu konfransda rusofillər mütləq bir sovetləşdirmə məqsədi ilə bunları istəyirdilər: 1. Beynəlxalq terminlər əslində - olduğu kimi deyil, yalnız ruslarda olduğu şəkildə istifadə edilməlidir. 2) Ruscadan terminləri tərcümə etmədən eynilə saxlamaq lazımdır. 3) Başqa türk dillərindən sözlər alınmamalıdır. 4) Ərəbcədən, farscadan və osmanlıcadan alınan sözlər eyni mənanı verən rus sözləri ilə əvəz edilməlidir”[7,93]. Eyni zamanda o türkçülərin də istəklərini qeyd edir: “1) Terminlər türkcələşdirilməlidir. 2) Azərbaycanın ruslaşdırılması ilə nəticələnən sovetləşməyə meydan verilməməlidir. 3) Orfoqrafiya məsələsində ümumi ədəbi əsaslara dayanmalı və eyni zamanda mümkün olduğu qədərdigər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır”[7,93]. Dil məsələsinin izahı verər mütəfəkkir qeyd edir ki, bolşevizmin idealı çoxdilli mədəniyyətlərin ruslaşdırılmasıdır və bolşevizm dili bir millətin müxtəlif təbəqə və siniflərini birləşdirən bir ünsiyyət vasitəsi deyil, sadəcə sinfi mübarizənin silahı sayırdı[7,93].

 

Azərbaycan xalqını dini ehkamlardan uzaqlaşdırmaq məqsədilə təbliğata başlayan bolşevizm o zaman türk millətinin qəhramanlarından biri olan Babəkin adından istifadə etməyə başladı. Babək məsləsinə toxunan Rəsulzadə XIX əsrdə “babəki” sözünün dindarlar arasında dini ehkamlara laqeyd yanaşan biri kimi anlaşıldığını yazır[7,101]. Rəsulzadə yazır: “Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə «kommunizm»ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir”[7,94]. Həqiqətəndə bolşeviklər əzəmətli tariximizdən özlərinə sərf edən qaydada istifadə edirdilər. Məhz Babəkdən bu cür “istifadə” edilməsinin nəticəsidir ki, bu gün də Babək haqqında suallar tam cavabını tapmamışdır. Babək haqqında yazan bir sıra dövrün tarixçlərinə baxsaq Babəkin heç də İslam əleyhinə döyüşmədiyinin şahidi ola bilərik. Məsələn İstəxri yazır: “Xürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar”[3]. Azərbaycanın tarixinə bu cür baxışların meydana gəlməsi sonrada tarixmizdə fikir ayrılıqlarına gətirib çıxartdı və bu gün də Babək cəmiyyətdə birmənalı qarşılanmayan sərkərdələrdən biridir. Sovet dövründə maraqlı məqamlardan biri də “şimalın” göyə qaldırılması, şişirdilməsi dəb halını almışdı. Məsələn “Vostok” jurnalının müdiri Mixayloviç Dərbən divarları haqqında “Bakinski raboçi” qəzetində nəşr etdirdiyi məqaləsində yazırdı ki, bu sədd guya cənubda gələn təhlükələr qarşı tikilmişdi[6,25]. O zaman Dağıstana səfər edən Stalin Mixayloviç çağırıb onun səhv oluduğunu, Rəsulzadənin isə doğru dediyini bildirmişdi[6,25]. Dini məsələni Rəsulzadə Babək məsələsi ilə bitirmir. Onun legionerlərlə söhbəti çox diqqətçəkidir. O əsir düşmüş azərbaycanlılarla söhbət apararkən onların dini mərasimlər haqqında ən bəsit şeyləri belə bilmədiklərinin şahidi olur, Azərbaycanda məscidlərin bağlandığını, Qurban, Ramazan və Novruz bayramlarınn qeyd edilmədiyi haqqında məlumat alır[7,98]. Hətta o qeyd edir ki, Krım cəbhəsində əsir düşmüş azərbaycanlı qızlar əvvəllər namaz qılan nənələrini ələ salırmışlar[7,98]. Rəsulzadə həlak olmuş legionerlər haqqında yazır: “Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət bir çarə tapmışlar. Yeddi dəfə — «Ya Məhəmməd, ya Məhəmməd» — deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını «Arşın mal alan» operasından nəğmələr oxuyaraq basdırmışlar”[7,98]. İslamın türk millətinin şüurunda dərin kök saldığını o zaman Nərimanov da bildirmiş, İslam əleyhinə şüarlardan çəkinməyi məsləhət bilmişdi, lakin bununla belə İslam əleyhinə tədbirlər sonradan gücləndirildi[3,236-240]. Hətta 1928-ci il 15 dekabrdan 1929-cu il 6 yanvaradək 18 məscid anbara və mədəni-maarif binasına çevrilmişdir[3,355]. Nərimanov özü belə məscidlərin bağlanmasını pislməş və bunu əksinqlab andlandırmışdı[3,355]. Uzun illərdən bəri İslamın dayağı olmuş türk milləti gənclərinin dindən bu cür uzaqlaşdırılmasını müəllif pisləyir. Lakin başqa bir məsələyə diqqəti yönəldir. Mədəniyyət sahəsində bu gənclərin çox həssas olduqlarını yazır. Hətta bu gənclərin bədii gecələrdə “Leyli və Məcnun”, “Şahsanəm”, “Xurşidbanu”, “Koroğlu”, “Arşan mal alan” kimi operlardan əzbər şeirlər oxuduqlarını yazır[7,99]. Rəsulzadə mədəniyyət haqqında söhbət etdiyi legionerdən danışır və söhbətlərindən qısa bir hissəsini təqdim edir: “Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz? O heç çaşmadan mənə belə cavab verdi: —Mən əsil sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi”[7,100].

 

Hər bir cəmiyyətin gələcəyi ailə institutunun sağlam və dayanıqlı olmasından asılıdır. M.Ə.Rəsulzadə narahatlıqla ailə məsələsinə toxunur. “Ailə ocağının sağlamlaşdırmaq lazımdır və bizə görə buna imkan vardır” deyən Rəsulzadə təəssüflə qeyd edir ki, bolşevizm mənəviyyat və siyasət sahəsində özünəməxsus təsirlərsiz ötüşməyəcəkdir[7,102]. Sözünə davam edərək yazır: “Əski nəslə mənsub atalar öz arvadlarına əksər hallarda «uşaqların anası», daha sonralar «bizim xanım» deyirdilər. İndi isə ər-arvad bir-birinə «yoldaş» deməkdədirlər. Ailə münasibətlərində müəyyən dəyişikliklər olmuşsa da, bunun nədən ibarət olduğu haqqında uzaqdan hökm vermək müşküldür. Mübaliğələndirilmiş bir optimizmə qapılmaq təhlükəlidir”[7,102]. Bəli, ailə ocaqlarının sağlamlaşdırılması bu günümüzdə də aktual məsələdir.

 

Sovet hakimiyyətinin müsbət tərəflərindən danışarkən əsgəri xidmətə həmvətənlərimizin cəlb edilməsinə sevinir, xüsusəndə müəllifin əvvəllər sovet ordusunda, sonradan isə legioner qoşunlarında xidmət edən zabitlə söhbəti diqqətəlayiqdir[7,102,103].

 

Əsərdə biz vaxtilə kommunistlərin Azərbaycanda hakimiyyətə gəlməsində böyük rol oynamış yerli bolşeviklərin sonrakı aqibəti ilə də xəbərdar oluruq. 1930-cu il Gəncə üsyanından sonra Həmid Sultanovun cinayət işi yekunlaşdırılan zaman ona kömək etmiş “pantürkistlər” və “millətçilər” siyahısına daxil olanlar haqqında müəllif yazır: “1) R. Axundov — Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin keçmiş üzvü və Azərbaycan sovet sosialist Respublikasının keçmiş maarif komissarı: 2) D. Bünyadzadə — Azərbaycan sovet sosialist Respublikası hökumətinin keçmiş prezidenti və keçmiş kənd təsərrüfatı naziri, 3) S. M. Əfəndizadə — Azərbaycan sovet sosialist Respublikası Mərkəzi İcraiyyə komitəsinin sədri — yəni respublikanın prezidenti, 1904-cü ildən bolşevik, 4) Ə.Qarayev — Azərbaycan sovet sosialist Respublikasının keçmiş müdafiə və dəniz işləri komissarı və hərbi inqilabi komitənin üzvü, keçmiş ASSR Xalq Komissarları Şurasının sədri, Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri və sovet İttifaqı bolşeviklər partiyasının mərkəzi komitəsinin üzvü”[7,96]. D.Bünyadzadə, Ə.Qarayev Müvəqqəti İnqiblabi Komitənin üzvləri olmuşlar, hansı ki, 1920-ci il 28 apreldə Milli hökumət hakimiyyəti onlara təhvil vermək məcburiyyətində qalmışdı[2,567]. Zaman keçdi və iftixarla öydükləri, tərif yağdırdıqları ruslar onlara üz çevirdilər. Vaxtı ilə bolşevik ideyalarının alovlu təbliğatçısı Nərimanovun adını sonrada çəkmək belə olmurdu. Nərimanovun çoxdan vəfat etməsinə baxmayaraq, onun adı “milli sapıntıçı xainlərin banisi” kimi yad edilirdi[7,96].

 

Azərbaycan xalqının görkəmli nümayəndəsi, Türk ideologiyasının təbliğatçısı M.Ə.Rəsulzadə bu kiçik həcmli əsərində çox məsələlərə aydınlıq gətirmişdir. Biz bu məqalədə həmin məsələlərin az bir qisminə toxunduq. Əsəri diqqətlə təhlil etdikdə kommunist ideyalarının xalqımızın mənəviyyatına, dilinə, adət-ənənəsinə vurduğu ziyan göz önündə canlanır. Həqiqətəndə Azərbaycan xalqına, Türk millətinə bolşevik ideyaları yaddır. Otto fon Bismarka alman zadəganları sual ünvanlamış, ondan soruşmuşlar ki, kommunizm ideyalarının Avropada yayılma ehtimalı nə dərəcədə düzgündür? Bismark isə cavabında bildirmişdi ki, kommunizm yalnız Allahın lənətinə gəldiyi yerdə yayıla bilər.

 

100 ilə yaxın bir müddətdə Şimali Azərbaycanda çar istibdadının olmasına baxmayaraq XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli dövlət qurması, ərazi bütövlüyünü bərpa etməsi, qurulmuş gənc dövləti dünya səviyyəsində de-fakto, Azərbaycan Qacar dövləti səviyyəsində isə de-yuri tanıtdırması çox mütərəqqi hal idi. O zamankı ziyalılarımız biz gənclik üçün bu gün nümunə olmalıdır. Onların siyasi-mədəni əxlaqı, dövlət quruculuğunda öz ailələrini belə vətənlərindən üstün tutması, vətənpərvərlik ideyalarının həyata keçirilməsi yolundan göstərdikləri xidmətlər biz gənclik tərəfindən dərindən öyrənilməli, təbliğ edilməli və yaşadılmalıdır.

 

 

Ədəbiyyat siyahısı

Azərbaycan Türkcəsində

1.        Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.

2.        Azərbaycan tarixi. Yeddi cilddə, V cild. Bakı: “Elm”, 2008, 696 s.

3.        Azərbaycan tarixi. Yeddi cilddə, VI cild. Bakı: “Elm”, 2008, 696 s.

4.        C.Bayramlı. Babək və Hürrəmilik(yalanlar və gerçəklər). Bakı: “Elm və Təhsil”, 2014, 440

5.        C.Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi. Bakı: “Azərbaycan Dövlət Kitab Palatası”, 1992, 144 s.

6.        M.Ə.Rəsulzadə. Bir Türk milliyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı: “Qanun”, 2010, 132 s.(Kitabın pdf versiyasından istifadə edilmişdir).

7.        M.Ə.Rəsulzadə. Çağdaş Azərbaycan Tarixi. Bakı: “Gənclik”, 1991, 112 s. (Kitabın pdf versiyasından istifadə edilmişdir).

Elektron resurslar

8.        Wikipedia.org – Məhəmməd Əmin Rəsulzadə

9.        Wikipedia.org – Mirzə Bala Məmmədzadə

 

Sədi Nuriyev

Mənbə: Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti gənc tədqiqatçıların əsərlərində” mövzusunda Elmi-praktik konfransın materialları 27  May 2016-cı il. Bakı: 2016, Unichild nəşriyyatı, 144 s.

Mənbə: Müəllif: XƏBƏR365
Rəsulzadənin, Çağdaş, Azərbaycan, Tarixi, əsərinin, təhlili,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı