Xəbər haqqında
07 Fevral 2018 - Çərşənbə 10:30 252 nəfər oxuyub
 
Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin ediləcək?
GÜNDƏM Xəbəri
Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin ediləcək?

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

 

Xeber365.com bildirir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

 

Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə olunub.

 

Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.

 

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Mənbə: Müəllif:
Ramiz, Rzayev, yenidən, Ali, Məhkəmənin, hakimi, təyin, ediləcək?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı