Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 16:40 3412 nəfər oxuyub
 
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
MÜSAHİBƏ Xəbəri
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...

Bu gün "Yeni Müsavat" qəzetinin yaradılmasından 28 il ötür.

 

 

Xeber365.com dost medianın özəl gününü təbrik edib, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğluya sual ünvanlayıb: 28 ildir yol gələn media başqanı və komandası bu yolun başlanğıcında qarşıya qoyduqları məqsəd-mərama çata bilibmi? Bu yolda nələri qazanıb, nələri itiriblər?  

 

 

Rauf Arifoğlunun sözlərinə görə, başında dayandığı media qurumunun bu yaşa gəlib-çatmasının özü elə qarşıya qoyulan məqsədə  nail olmaq deməkdir: "Bu müddət ərzində ölkədə, dünyada siyasi xəritələr dəyişib. Azərbaycanda prezidentlər, kabinetlər, hakimiyyətlər əvəzlənib. "Yeni Müsavat" qəzeti həmin təlatümlərdən özünü qoruya və bu günlərə gəlib çata bildi.

 

 

Biz çap mediası olaraq qızıl dövrü yaşamışıq.  Qəzet olsaq da, ölkədəki televiziyalardan daha operativ ola bilmişik. "Yeni Müsavat" zamana ayaq uyduraraq öz elektron versiyasını inkişaf etdirib ki, Azərbaycan mediasından kənarda qalmayaq, uduzmayaq. Bizim sıradan çıxmamağımızın tək səbəbi odur ki, bu mərhələdə çap mediası ilə yeni medianın birliyini yarada bilmişik. Artıq yeni media ilə məhsullarımızı xəbər məkanına çıxarırıq". 

 

 

Baş redaktor deyir, Azərbaycanda, demək olar ki, saytların heç birinin arxasında çap versiyası yoxdur: "Məsələn, saytlar günə bir xəbərlə başlayır. Biz isə hər gün  150 min işarəlik xəbərlə başlayırıq. Çünki onun axşamında biz çap versiyanı hazırlayırıq, qəzet sistemi bazarına çıxarırırq. Tiraj azdır, amma onun verdiyi imkanlar, eksklüziv xəbərlər, xəbər istehsalı prosesi bizim yeni media sahəsində fərqlənməyimizə şərait yaradır.

 

 

Biz çap olunan "Yeni Müsavat"ı tərk etmək fikrində deyilik. Bu, bizim üçün ənənədir və tarixi missiyadır. 28 il qəzet tarixi üçün böyük bir zaman kəsiyidir. Sevinirik və təşəkkür edirik ki, bizi unutmursunuz".

 

 

Mənbə: Müəllif:
Rauf, Arifoğlu:, Azərbaycanda, prezidentlər,, hakimiyyətlər, əvəzləndi,, qəzetimiz, isə...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı