The document has moved here.
|
||
Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” | ||
- Xəbəri | ||
![]() |
||
|
||
“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.
"Xəbər365"in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib. |
||
|
||
Ərdoğan:, “ABŞ-da, baş, verənlər, demokratiya, üçün, üz, qarasıdır”, |
|