Xəbər haqqında
05 Yanvar 2018 - Cümə 22:38 1545 nəfər oxuyub
 
Ərdoğan fransız jurnalisti belə susdurdu - VİDEO
DÜNYA Xəbəri
Ərdoğan fransız jurnalisti belə susdurdu - VİDEO

Prezident Ərdoğan fransız həmkarı Makronla Parisdə keçirdiyi müştərək mətbuat konfransı zamanı xanım jurnalistin "Türkiyə Suriyaya silah karvanı göndərib" şərhinə sərt cavab verib.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, bu şərhdən sonra Türkiyə prezidenti fransız jurnalistin sözünü kəsib və ondan Suriyaya kimin silah göndərdiyini soruşub və ardınca sərt cavab verib.

 

"Sən də FETÖ-nün dilindən danışırsan. O əməliyyatı həyata keçirilənlər Gülən tərəfdarı olan prokurorlar idi və hazırda həbsdədirlər. Kəşfiyyat oqranlarının yük maşınları ilə dolu silah daşımaq hüququ var. Sən mənə bu sualı verirsən, amma Amerikanın Suriyaya göndərdiyi silah karvanı haqda danışmırsan, susursan. Kaş bunları da öyrənsəydin, araşdırsaydın. Sual verərkən həssas olun" deyə Ərdoğan bildirib.

 

Mənbə: Müəllif:
Ərdoğan, fransız, jurnalisti, belə, susdurdu, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı