Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 12:14 60 nəfər oxuyub
 
Ərdoğan Ramil Quliyevdən danışdı
İDMAN Xəbəri
Ərdoğan Ramil Quliyevdən danışdı

Prezident Ərdoğan Türkiyənin dünya atletika çempionatlarındakı ilk qızıl medalını qazanan həmyerlimizdən danışıb.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, “NTV Spor”un qonağı olan dövlət başçısı idmanda milliləşdirmənin əleyhinə olmadığını və bu bütün dünyanın bu təcrübədən istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq yaxşı nəticələr verməz.

 

Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırllıqaldıranların Türkiyə idmanına müsbət təsirindən danışıb. O, həmçinin bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib: “Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu...Onlar gəldi və Türkiyəni bu sahədə bir addım da irəli apardılar. Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.

Mənbə: Müəllif:
Ərdoğan, Ramil, Quliyevdən, danışdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı