Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 17:40 255 nəfər oxuyub
 
Ərdoğandan Amerikaya: Mən prezident olduğum müddətcə...
DÜNYA Xəbəri
Ərdoğandan Amerikaya: Mən prezident olduğum müddətcə...

“Mən prezident vəzifəsində olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, bunu Muxtarlar Toplantısında çıxış edən Türkiyə lideri deyib. Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənlə bağlı məsələyə toxunan Ərdoğan ölkədə bir nəfər belə olsun terrorçu qalmayacağını deyib: “Heç kim bizim rifahımızı poza bilməz. Ən xırda bir təhlükə görsək, F-16 olarıq, tankla, topla, tüfənglə hərəkətə keçərik”.

 

Ən böyük terrorçu və türk düşməninin Amerikada gizləndiyini xatırladan Ərdoğan Amerikanı sərt tənqid edib.

 

“Birləşmiş Ştatlar terrorçunu Türkiyəyə vermir, bəhanələr uydurur, o zaman ABŞ da bizdən heç bir terrorçu almayacaq. Mən bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz” deyə prezident bildirib.

 

Ərdoğan həmçinin, Türkiyənin heç vaxt heç bir ölkənin daxilindəki iqtidar oyunları üçün vasitə olmadığını vurğulayıb: “Türkiyə Amerikanın yürütdüyü əsassız siyasətin girovuna çevriləcək ölkə də deyil. Qarşınızda nə Osmanlının gücsüz adamı, nə 1970-1990-cı illərin gücsüz Türkiyəsi var. Artıq 2071 hədəfinə inanmış böyük və güclü Türkiyə var. Artıq qarşınızda “ya var olacaq, ya öləcəyik” deyən millət var".

 

Mənbə: Müəllif:
Ərdoğandan, Amerikaya:, Mən, prezident, olduğum, müddətcə...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı