Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 22:50 200 nəfər oxuyub
 
“Real Madrid” “Vilyareal”a məğlub oldu
İDMAN Xəbəri
“Real Madrid” “Vilyareal”a məğlub oldu

İspaniya La Liqasının XIX turunda "Real Madrid" öz meydançasında "Vilyareal"ı qəbul edib. "Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

 

Xeber365.com-un məlumatına görə, yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

 

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real Madrid" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.

Mənbə: Müəllif: XƏBƏR365
“Real, Madrid”, “Vilyareal”a, məğlub, oldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı