Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 20:17 74 nəfər oxuyub
 
Rekord sayda qol vuruldu
İDMAN Xəbəri
Rekord sayda qol vuruldu

UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində vurulan qolların sayı bu turnirin tarixində rekord təşkil edib.

 

AZƏRTAC xəbər verir ki, qrup mərhələsində komandalar ümumilikdə 306 qol vurublar. Ən yaxşı nəticəni “PSJ” (25 qol), “Liverpul” (23 qol) və Madridin “Real” klubları (17 qol) göstəriblər.

 

Qrup mərhələsində bir oyunda ən çox qol “PSJ”-“Seltik” (7:1), “Maribor”-“Liverpul” (0:7), “Liverpul”-“Spartak” (7:0) və “Portu”-“Monako” (5:2) matçlarında qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycanın futbol tarixində ilk dəfə ölkəmizi bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu qrup mərhələsində 2 top vurub.

Mənbə: Müəllif: XƏBƏR365
Rekord, sayda, qol, vuruldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı