Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 22:57 126 nəfər oxuyub
 
Ruhani Əhmədinejadı qınadı:Onun tikdirdiyi binalar dağılıb
DÜNYA Xəbəri
Ruhani Əhmədinejadı qınadı:Onun tikdirdiyi binalar dağılıb

 İran prezidenti Həsən Ruhani 12 noyabrda 7,3 bal gücündə zəlzələ olan Kirmanşaha ziyarət edib.

Xeber365.com “Qafqazinfo”a istinadən bildirir ki, H.Ruhani fəsadların aradan qaldırılması, xəsarət alanlara tibbi yardım göstərilməsi, evləri dağılanlara sığınacaqlar təşkil edilməsi barədə göstərişlər verib.

Dağılan evlərə və binalara baxış keçirən Ruhani, dağıntıların çox olmasında əsas səbəb kimi sabiq prezident Mahmud Əhmədinejadın dövründə keyfiyyətsiz binaların tikilməsini göstərib: “Həmin dövrdə sosial layihə çərçivəsində tikilən binalar yerlə-yeksan olub. Amma camaatın özü tikdiyi evlər sağlam qalıb. Demək ki, bu layihədə problemlər var”.

Xatırladaq ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə “Məskəni Mehr” adlandırılan sosial layihə çərçivəsində aztəminatlı ailələr üçün binalar tikilmişdi.

Onu da qeyd edək ki, zəlzələ nəticəsində 12 mindən çox ev dağılıb, 530 nəfər ölüb. Dağıntılar altında axtarışlar davam etdirilir.

Mənbə: Müəllif: XƏBƏR365
Ruhani, Əhmədinejadı, qınadı:Onun, tikdirdiyi, binalar, dağılıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı