Xəbər haqqında
25 Dekabr 2017 - Bazar ertəsi 16:28 392 nəfər oxuyub
 
Rusiya ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı ilk dəfə danışdı
DÜNYA Xəbəri
Rusiya ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı ilk dəfə danışdı

Rusiya prezidentinin mətbuat sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya tank əlehinə sistemlər verməsinə mənfi münasibət bildirib.

 

Xeber365.com RİA “Novosti”yə istinadən bildirir ki, Peskov jurnalistlərin bununla bağlı sualına cavab olaraq bildirib ki, Rusiya bu addımı qınayır:

 

 

“Biz bu məsələyə dəfələrlə prezident səviyyəsində mənfi münasibətimizi bildirmişik. Hazırda Kiyevdə ekstremist və milliyyətçi elementlərin təsiri çox güclüdür. Bu silahlarla Donbas respublikasına qarşı təxribat və təcavüzkar məqsədlə istifadə edə bilərlər”.

 

Associated Press-in verdiyi məlumata görə, ABŞ Ukraynaya  anti-tank sistemlərinin verilməsi sənədini təsdiqləyib. Agentliyin bildirdiyinə görə, ABŞ prezidentinin rəsmi təsdiqindən sonra hərbi dəstək haqda sənəd Konqresə göndəriləcək və qərar icra üçün ABŞ Dövlət Departamentinə təqdim ediləcək. 

 

Burda söhbət 210 tank əleyhinə raket və 47 milyon dollarlıq 35 hərbi sursatın göndərilməsindən gedir. 
 
 
 

 

Mənbə: Müəllif:
Rusiya, ABŞ-ın, Ukraynaya, hərbi, dəstəyi, ilə, bağlı, ilk, dəfə, danışdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı