Xəbər haqqında
25 Dekabr 2017 - Bazar ertəsi 16:08 95 nəfər oxuyub
 
Rusiya AŞPA-ya geri qayıdır
DÜNYA Xəbəri
Rusiya AŞPA-ya geri qayıdır

"Biz mütləq AŞPA-ya dönməliyik. Çünki ona ehtiyacımız var".

 

Xeber365.com vestikavkaza.ru-ya istinadən bildirir ki, bu sözləri Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

 

 

Federasiya Şurasının spikeri bildirib ki, Rusiyanın Avropa Şurasına ehtiyacı var. O bildirib ki, qurumla müzakirələr davam etdirilməlidir.  
 
Xatırladaq ki, 2014-2015-ci illərdə Rusiya diplomatları AŞPA sessiyalarında səs vermək hüquqlarını itirmişdilər. Buna səbəb ölkənin Krımla bağlı mövqeyi olmuşdu. 

 

Bu ilin iyun ayında isə Rusiya Federasiyası AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasının büdcəsinə ödənişlərin bir hissəsini dayandırmışdı. Buna baxmayaraq, Rusiya tərəfi Avropa Şurasının Konvensiya sənədlərini təsdiqləmək üzrə işlərini davam etdirir.
 
 
 

 

Mənbə: Müəllif:
Rusiya, AŞPA-ya, geri, qayıdır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı