The document has moved here.
|
||
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ | ||
"Azərbaycan da öz hərbi maşınını hər cür təxribata cavab vermək üçün tam şəkildə hazır vəziyyətdə saxlayır" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Rusiya ilə Ermənistan arasında quru dəhlizi açıla bilərmi?
Son vaxtlar Rusiya-Gürcüstan münasibətlərinin yenidən gərginləşməsi, Gürcüstanın Qərblə daha da yaxınlaşması fonunda bəzi analitiklər hesab edir ki, regionda sabitlik pozulacaq, Rusiya gücə əl atacaq. Rusiyanın qondarma Cənubi Osetiya respublikasındakı qoşunlarının Gürcüstanla sərhəddə yaxın əraziyə gətirilməsi, eləcə də Şimali Qafqazda dislokasiya olunmuş 58-ci rus ordusunun bölgədə 7 günlük təlimlərə başlaması bu iddiaları bir az da möhkəmləndirdi.
Gürcüstanla ölkəmiz arasında mövcud olan iqtisadi və siyasi əlaqələri nəzərə alsaq, qonşu ölkədə baş verən bu cür irimiqyaslı təlimlərin Azərbaycana heç bir təsiri olmayacağını düşünmək inandırıcı deyil. Həmçinin, Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin bu təlimlərin Gürcüstanla yanaşı, Azərbaycana da xəbərdarlıq olduğunu, Rusiyanın Gürcüstan üzərindən Ermənistana quru dəhliz açmaq istədiyini söyləməsi məsələni daha da aktuallaşdırır.
Qeyd edək ki, Rusiya paralel olaraq Belarusda da təlimlərə başlayıb və şaiyələrə görə təlimlərə ümümlikdə yüz min nəfərlik kontingent cəlb olunub.
Hazırda bütün region üçün nətiçəsi son dərəcədə vacib olan bu proseslərin Azərbaycana hansı təsirinin ola biləcəyini, həmçinin, Rusiya-Azərbaycan əlaqələrinin pisləşdiyi iddialarına aydınlıq gətirmək istədik. Xeber365.com-un sözügedən mövzu ilə bağlı suallarını politoloq Arzu Nağıyev cavablandırıb.
– Arzu bəy, sizcə, Rusiya ilə Gürcüstan arasındakı vəziyyəti son vaxtlar gərginləşdirən konkret olaraq nələr oldu?
– Düşünürəm ki, Rusiyanın 58-ci ümumqoşun ordusunun məhz Cənubi Osetiyada və Şimali Qafqazda genişmiqyaslı hərbi təlimlərin keçirilməsi, ilk növbədə, son vaxtlar həm Abxaziya, həm də Cənubi Osetiyanın rəhbərliyinin Rusiyaya qarşı müəyyən narazılıqları ilə bağlıdır. Yəni Rusiya Sxinvali və Suximinin iştirakı olmadan bir sıra iqtisadi layihələrin həyata keçirilməsi danışıqlarını məhz Gürcüstanla birbaşa apardıqları üçün, hətta müəyyən gömrük prosedurları ilə bağlı ilkin danışıqlar getdiyinə görə narazılıqlarını ifadə edirlər və məhz onlardan bu proseslərdə dolayı yolla istifadə edildiyini bildirirlər. Buna görə də, Rusiya bir daha bu separatçı qüvvələrlə bir yerdə olduğunu nümayiş etdirir və bu, ilk növbədə, Gürcüstana bir messajdır. Neft kəmərinin qorunması isə bir başa Gürcüstanın işidir və buna görə tranzit haqqı alır. Azərbaycanın alternativ kəməri var və düşünmürəm ki, Rusiya bununla Azərbaycana təzyiq etsin.
– Sizin fikrinizcə, bu təlimlərin Azərbaycana nə kimi təsri ola bilər?
– Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünə qədər müəyyən narahatlıqlar olsa da, iki dövlətin rəhbərləri məhz regional problemlərin həlli üçün mühüm danışıqlar apardılar. Yəqin ki, bu məsələ də əsas istiqamətlərdən biri olub. Ola bilsin ki, Ermənistan və ona loyal qüvvələr öz maraqları naminə bu təsir mexanizmindən istifadə etməyə çalışsınlar. Lakin düşünümürəm ki, Rusiya rəhbərliyi hazırkı vəziyyətdə Azərbaycan kimi strateji portnyorla belə bir təhdid yolunu seçsin. Çünki bu, ilk növbədə, onun özü üçün xoşagəlməz fəsadlar verər.
– Əgər Rusiya qoşunları Gürcüstanın ərazi bütövlüyünə təhdid yaratmaqda davam edərsə, ən pis variantlardan biri olaraq Rusiya Bakı-Supsa, Bakı-Tiblisi-Ceyhan boru kəmərlərinin Gürcüstan ərazisindən keçən hissələrini nəzarətə götürərsə, bu, Azərbaycan xarici siyasətinə və iqtisadi əlaqələrinə necə təsir göstərəcək?
– Bu, inandırıcı görünmür. Çünki Bakı-Supsa, Bakı-Tiblisi-Ceyhan boru kəmərləri bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq hüquqi cəhətdən qorunur. Bu proses artıq Rusiyanaın Qərb və ümumiyyətlə dünyanın enerji təhlükəsizliyinə təhdiddi. Məhz buna görə də Rusiyanın belə bir addım atacağı inandırıcı görünmür.
– Gürcüstanın analitikləri iddia edir ki, Rusiya Gürcüstan ərazisindən Ermənistana dəhliz açmağa çalışır. Sizcə mövcud vəziyyətdə bu mümkün ola bilərmi?
– Əslində, bu, Rusiyanın yox, elə Ermənistanın öz ideyasıdır. Əsasən Abxaziya vasitəsilə Rusiya və Gürcüstan dəmiryolu qovşaqlarının birləşdirilməsindən sonra Ermənistan da buna qoşula bilər. Bu proses yaxın gələcəkdə baş tutan deyil. İlk növbədə, buna Gürcüstanın razılığı, Abxaziyanın istəyi və külli miqdarda vəsait lazımdır. Çünki heç Zuqdidi və Suxumi arasında, ümumiyyətlə, dəmir yolu yoxdur. Onun yenidən qurulması üçün isə vaxt və vəsait tələb olunur. Bunu isə nə Ermənistan, nə də Rusiya və ya Gürcüstan ödəmək iqtidarındadır.
– Arzu bəy, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl "Vaşinqton Post" qəzetinə müsabəsində Trampın Cənubi Qafqazla, konkret olaraq Qarabağ münaqişəsi ilə maraqlanmayacağını və Rusiyanın da Cənubi Qafqaz ölkələrini müstəqil hesab etmədiyini demişdi. Analitik Gürsütanın Qərbə inteqrasiyasından hiddətlənən Rusiyanın gücə əl atacağını, region ölkələrini güc yolu ilə Avrasiya Gömrük İttifaqına yaxud da bu kimi başqa təşkilata üzv edərək tam nəzarətə alacağını, bu yolla da Qərbin energi təhlükəsizliyini daim həddə altında saxlayacağını iddi edir. Sizcə, doğrudanmı, Rusiya Cənubi Qafqaz ölkələri ilə münasibəti gücdən istifadə etməklə, bu cür asanlıqla müəyyən edə bilir?
– Azərbaycan heç bir hərbi bloka və ya iqtisadi quruma daxil olmadan öz balanslı siyasətini aparır və buna görə də, güc hesabına onu nəyəsə vadar etmək də inandırıcı görünmür. Həm də bu şayiələr əsasən erməni lobbisi və Rusiya rəhbərliyindəki ermənipərəst antiazərbaycan qüvvələri tərəfindən yayılır. Azərbaycan bu layihələrdə tək iştirakçı deyil və regional aktorlar, dünyanın supergücləri də bu proseslərdə iştirak edir. Yəni buna yol verilməyəcək. Digər tərəfdən də, Azərbaycan da öz hərbi maşınını hər cür təxribata cavab vermək üçün tam şəkildə hazır vəziyyətdə saxlayır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ən böyük təsir mexanizmidir. Eyni zamanda, bütün aktorlarla Azərbaycanın ikitərəfli, daha doğrusu, qarşılıqlı əlaqələri mövcuddur və bu Rusiyaya da aiddir. Hətta son vaxtlar üçlü paltformalar üzərində qurulan tərəfdaşlıq mexanizmi də fəaliyyət göstərir. Məhz buna görə də, güc vasitəsilə nəyəsə nail olmaq inandırıcı görünmür.
Nicat Abdullayev |
||
|
||
Rusiya, bununla, Azərbaycana, təzyiq, göstərə, bilməz, -, POLİTOLOQ, |
|