Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 19:09 306 nəfər oxuyub
 
Rusiya hərbi obyektlərinə zərbə endirən dronlar Ukraynada istehsal olunub
DÜNYA Xəbəri
Rusiya hərbi obyektlərinə zərbə endirən dronlar Ukraynada istehsal olunub

“Suriyadakı Rusiya hərbi bazasına hücum edən pilotsuz uçuş aparatlarının araşdırılması göstərdi ki, onları kustar şəraitdə düzəltmək olmaz”.
 
Xeber365.com-un “APA”ya istinadən məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının pilotsuz uçuş aparatlarının hazırlanması və inkişafı İdarəsinin rəisi general-mayor Aleksandr Novikov bildirib.
 
Onun sözlərinə görə, əldə olunmuş dronlardan götürülən nümunələrin analizinin nəticələri artıq məlumdur: "Birinci gəldiyimiz rəy ondan ibarətdir ki, bu cür dronları kustar üsulla hazırlamaq mümkün deyil. Bu dronların hazırlanması və istifadə olunmasında pilotsuz uçuş aparatlarının istehsalı və tətbiqi ilə məşğul olan ölkələrdə xüsusi hazırlıq keçən mütəxəssislər iştirak edib. Bundan əlavə, dronların idarə olunması üçün yüklənən koordinatlar dəqiqliyinə görə internetdən əldə oluna bilinən məlumatları üstələyir".
 
Baş Qərargah rəsmisi bu pilotsuz uçuş aparatlarının hissələrinin ayrılıqda satışda olduğunu və həmin hissələri almağın mümkün olduğunu vurğulayıb: "Lakin həmin hissələrin yığılması, yəni, dronun quraşdırılması və onun vahid sistemdə tətbiq olunması ancaq xüsusi hazırlıq keçmiş, bu cür aparatların yaradılması təcrübəsinə malik mühəndislər tərəfindən həyata keçirilə bilər". 
 
Bundan başqa, mətbuat konfransında Hmeymim və Tartusdakı bazalara hücum edən dronlarda olan partlayıcı qurğuların da kustar şəraitdə hazırlanmadığı qeyd olunub: "İlkin araşdırmalar göstərdi ki, dronlarda olan partlayıcı maddə kimi TEN-dən istifadə olunub. TEN gücünə görə heksogeni üstələyir. Adıçəkilən partlayıcı bir sıra ölkələrdə, o cümlədən Ukraynada, Şostkin Kimya Reaktivlər Zavodunda istehsal olunur. Bu partlayıcı kustar üsulla hazırlana bilməz".
 
Rusiyalı general hazırda dronların və partlayıcının hansı ölkədə istehsal edildiyinin müəyyənləşdirilməsi məqsədi ilə xüsusi təhqiqatın aparıldığını söyləyib.

 

Mənbə: Müəllif: XƏBƏR365
Rusiya, hərbi, obyektlərinə, zərbə, endirən, dronlar, Ukraynada, istehsal, olunub, , ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı