Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 18:11 385 nəfər oxuyub
 
Rusiya o qədər irəliyə gedib ki...
BAXIŞ Xəbəri
Rusiya o qədər irəliyə gedib ki...

İki gün öncə ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.
 
Azərbaycansa 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.
 
Xeber365.com məlumat verir ki, ABŞ-ın bu qərarı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqe bildirməməsini, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu qərara qarşı çıxmasını telekanallarımızın geniş yayımlanmasını media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu sərt tənqid edib:
"Bu gün bizim telekanallarda bir xəbər gördüm. ABŞ Dövlət Departamentinin bu qərarına, yəni Azərbaycanı daha təhlükəli yer kimi göstərməsinə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova hirslənərək tənqid edirdi. Mənə maraqlıdır, niyə XİN rəhbəri Məmmədyarov yox, XİN sözçüsü Hikmət bəy yox, məhz Zaxarova bu məsələyə reaksiya verir?
Bəlkə Zaxarovaya həm də bizim Nazirliyin sözcülüyünü tapşırıblar?
Ya da artıq Rusiya o qədər irəliyə gedib ki, Azərbaycanı da öz ərazisi hesab edərək, açıqlama vermək məcburiyyəti hiss edib?"
Mənbə: Müəllif: XƏBƏR365
Rusiya, o, qədər, irəliyə, gedib, ki...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı