Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 23:20 117 nəfər oxuyub
 
Rusiya prezidenti: "Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır"
DÜNYA Xəbəri
Rusiya prezidenti:

"Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır". Xeber365.com-un “APA”ya istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
 

"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi", - deyə Rusiya dövlət başçısı qeyd edib.

 

Mənbə: Müəllif: XƏBƏR365
Rusiya, prezidenti:, "Donbas, münaqişəsi, dondurulmuş, münaqişə, xarakteri, alır",
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı