Xəbər haqqında
28 Avqust 2017 - Bazar ertəsi 13:47 605 nəfər oxuyub
 
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
MÜSAHİBƏ Xəbəri
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli

Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Türkiyə ilə Rusiya arasındakı əlaqələrin Dağlıq Qarabağ münaqişəsinin nəticəsini müəyyən edə biləcəyini deyib.

 

Politoloq Qabil Hüseynli Xeber365.com-a açıqlamasında bu yanaşmanı doğru qiymətləndirib:

 

“Məncə, Rusiya Türkiyədən istifadə etməyə çalışsa, bu məsələdə problemlər yarana bilər. Lakin münasibətlər səmimi olarsa, bərabərhüquqlu əməkdaşlıq qurularsa, onda, sözsüz ki, Rusiya Türkiyənin sözünü eşidəcək və Qarabağ münaqişəsində tərəf olmayacaq”.

 

Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində bağlı Rusiya ilə Türkiyənin mövqeyi eyniləşdirilməməlidir. Belə ki, Türkiyə bu münaqişədə Azərbaycanın deyil, ədalətin tərəfdarıdır:

 

“Türkiyə Qarabağ münaqişəsində bəzən tərəf kimi görünə bilər. Ona görə tərəf kimi görünə bilər ki, məsələnin həllinə ədalətsiz yanaşılır. Beynəlxalq hüquq normalarına əməl olunmur. Bir çox dövlətlər açıq şəkildə Ermənistanın tərəfində dayanırlar. Türkiyə isə bu prosesdə haqqın, ədalətin tərəfdarıdır. Türkiyə sadəcə olaraq, Azərbaycanın təklənməsini qəbul edə bilmir”.

 

Qabil Hüseynlinin fikrincə, münaqişənin həllinə mane olan əsas səbəb həmsədr ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməməsindən irəli gəlir:

 

“Türkiyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinə də keçmiş postsovet ərazilərindəki münaqişələrlə eyni yanaşma sərgilənsin. Məsələn, Dnestyanı münaqişədə Moldovanın, Osetiya, Abxaziya münaqişəsində Gürcüstanın ərazi bütövlüyü dəstəkləndiyi kimi, Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənməlidir. Çox təəssüf ki, Azərbaycana gəldikdə müəyyən dövlətlərdə, elə həmsədr ölkələrdə də bəzi tərəddüdlər yaranır. Beynəlxalq hüququn normalarına uyğun gəlməyən həll variantları irəli sürürlər ki, bu da münaqişənin həllinə imkan vermir”.

 

Mənbə: Müəllif:
Rusiya, Türkiyənin, sözünü, eşitsə..., –, Qabil, Hüseynli,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı