The document has moved here.
|
||
Rusiya yenidən Xarkov istiqamətində hücuma keçib - Britaniya kəşfiyyatı | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Rusiyanın Qərb Qüvvələr Qrupu həftələr sonra yenidən Xarkov istiqamətində kiçik hücumlar edib.
Xeber365.com APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Rusiyanın əsas əməliyyat səyləri Donbas regionunda Severodonetsk şəhəri olaraq qalır.
Qeyd olunub ki, Rusiya hökumətinin maliyyəsi ölkənin müdafiə sənayesi bazasının Ukraynada müharibənin yaratdığı tələblərin ödənilməsi üçün yavaş-yavaş səfərbər edilməsinə imkan verir. "Lakin sənaye qismən də sanksiyalar və təcrübə çatışmazlığı səbəbi ilə tələblərin qarşılanması ilə bağlı çətinlik çəkə bilər. Rusiyanın yüksək keyfiyyətli optika və qabaqcıl elektronika istehsalı çox güman ki, problemli olaraq qalır və bu, onun Ukraynada itirilmiş avadanlığı əvəz etmək səylərinə zərbə vura bilər.", - deyə məlumatda qeyd olunub. |
||
|
||
Rusiya, yenidən, Xarkov, istiqamətində, hücuma, keçib, -, Britaniya, kəşfiyyatı, |
|