Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 14:33 380 nəfər oxuyub
 
Rusiyada azərbaycanlı polisə etiraz olaraq özünü yandırıb
DÜNYA Xəbəri
Rusiyada azərbaycanlı polisə etiraz olaraq özünü yandırıb

Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.

 

Xeber365.com yerli mətbuata istinadən bildirir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.
Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.

 

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər. 

Mənbə: Müəllif:
Rusiyada, azərbaycanlı, polisə, etiraz, olaraq, özünü, yandırıb, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı