Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 17:41 191 nəfər oxuyub
 
Rusiyadan ABŞ-a ittiham: “İŞİD-i bilərəkdən vurmadılar”
DÜNYA Xəbəri
Rusiyadan ABŞ-a ittiham: “İŞİD-i bilərəkdən vurmadılar”

Rusiya Müdafiə Nazirliyi İŞİD-in Raqqadan çıxarılmasını əks etdirən yeni görüntülər yayıb. Bu görüntülərlə Rusiya ABŞ-ın İŞİD döyüşçülərinə yol açdığını və onları bilərəkdən vurmadığını iddia edib. 

 

Xeber365.com Rusiya mediasına istinadən bildirir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu bununla bağlı açıqlamasında “ABŞ Orta Şərqdə terrorla mübarizə aparırmış kimi davranır. Amma real mübarizə yoxdur” cümlələrini qurub.  

 

 

Rusiya tərəfi iddia edir ki, ABŞ Raqqadan çıxardığı İŞİD üzvlərini Suriyanın əsas neft bölgəsi olan Deyrizora yerləşdirir. 

 

Rusiya Müdafiə Nazirliyi bildirib ki, onlar  Fərat çayının şərq hissəsində İŞİD konvoylarını vurmaq üçün beynəlxalq koalisiya ilə ortaq əməliyyat keçirmək istəyib. Bununla bağlı  ABŞ-a iki dəfə müraciət olunub.  Lakin ABŞ Cenevrə müqaviləsini əsas göstərərək, terrorçuların könüllü surətdə təslim olduğunu deyib və onları məhv etmək fikrini qəti şəkildə rədd edib. 

Mənbə: Müəllif:
Rusiyadan, ABŞ-a, ittiham:, “İŞİD-i, bilərəkdən, vurmadılar”,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı