Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 14:49 745 nəfər oxuyub
 
Rusiyadan kritik S-400 həmləsi
- Xəbəri
Rusiyadan kritik S-400 həmləsi

Rusiya Müdafiə Nazirliyi Krımın hava sərhədlərinin müdafiəsini gücləndirmək üçün Sevastopolda daha bir S-400 raketdən müdafiə sisteminin qurulacağını açıqlayıb.

 

Xeber365.com rus mətbuatına istinadla yazır ki, bu barədə general-leytenant Viktor Sevastyanov məlumat verib. Generalın sözlərinə görə, bu unikal kompleksin quraşdırılması Krımın havadan müdafiə sisteminin möhkəmləndirilməsi və hərbi gücünün artırılması baxımından əhəmiyyətlidir.

 

Rusiyanın Qara Dəniz Donanmasından verilən açıqlamada raketdən müdafiə sistemi S-400-ün bu gün quraşdırılacağı bildirilib. Zenit raket kompleksi yarımada səmasını və qismən də Qara dənizlə Ukraynanın cənub hissəsində tutacaq. Kompleks NATO-nun kəşfiyyat təyyarələri üçün də təhlükə yaradacaq.

Mənbə: Müəllif:
Rusiyadan, kritik, S-400, həmləsi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı