Xəbər haqqında
04 Yanvar 2018 - Cümə axşamı 11:08 3938 nəfər oxuyub
 
Rusiyanın Suriyadakı avia-bazasını havaya sovurdular - Son dəqiqə
DÜNYA Xəbəri
Rusiyanın Suriyadakı avia-bazasını havaya sovurdular - Son dəqiqə

Rusiyanın Suriyadakı hərbi bazasında yeni il sözün əsl mənasında “şok”la başlayıb. 

 

Xeber365.com Kommersant-a istinadən bildirir ki, 31 dekabr, bazar günü Rusiya Hava Qüvvələrinin yerləşdiyi Xmeymim avia-bazasına hücum təşkil edilib. Qəzet iki hərbi mənbəyə əsaslanaraq bildirir ki, hücum terror qruplaşmaları tərəfindən törədilib. 

 

Minaatanlardan açılan atəş nəticəsində 7 hərbi təyyarə və bir silah anbarı havaya sovurulub. Rusiyalı əsgərlər arasında ölən və yaralananların olduğu bildirilir. Onların sayı haqqında dəqiq məlumat yoxdur. 

 

Hərbi ekspertlər bildirir ki, 5 gün öncə törədilən hücum Rusiyanın 2015-ci ildə Suriya ixtilafına daxil olmasından bu yana məruz qaldığı ən ciddi itkidir. 

 

Kommersant bu xəbəri “Xmeymim atəş altında” başlığı ilə manşetdən yayımlayıb. Xəbərdə bildirilir ki, hücumun hansı qruplaşma tərəfindən törədilməsi hələlik məlum deyil. Hücumda 4 ədəd SU-24 bombardman təyyarəsi, 2 ədəd SU-35 ovçu təyyarəsi, və 1 ədəd AN-72 nəqliyyat təyyarəsi məhv edilib. Havaya sovurulan sursat deposunda isə xeyli silah-sursat olduğu bildirilir. Hücum zamanı həlak olan hərbçilər haqda məlumat verilmir. Hərbi mənbələrin qənaətinə görə ölən və yaralananların sayı onlarladır. 

 

Maraqlıdır ki, bütün dünyaya yayılan hücum xəbəri haqqında Rusiya Müdafiə Nazirliyi heç bir açıqlama verməyib. Nazirlik 7 hərbi təyyarənin havaya sovurulması, onlarla hərbçinin həlak olması haqqında xəbəri bu ana qədər nə təsdiq, nə də inkar edib.

 

Xatırladaq ki, ötən gün yayılan Rusiyaya aid Mİ-24 hərbi helikopterinin dekabrın 31-də Suriyada qəzaya uğraması və burda iki hərbçinin həlak olması xəbərini də Rusiya Müdafiə Nazirliyi hadisədən 4 gün sonra təsdiqləmişdi.

Mənbə: Müəllif:
Rusiyanın, Suriyadakı, avia-bazasını, havaya, sovurdular, -, Son, dəqiqə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı