301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
06 Mart 2017 - Bazar ertəsi 19:52 2183 nəfər oxuyub
 
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Nəzəri olaraq ukraynalıları çox şeydə “qınamaq” olar. Məsələn, adamlar deyirlər ki, Avropa Birliyiylə Assosiasiya sazişi imzalamaq ərəfəsində keçmiş prezident
BAXIŞ Xəbəri
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL

Nəzəri olaraq ukraynalıları çox şeydə “qınamaq” olar. Məsələn, adamlar deyirlər ki, Avropa Birliyiylə Assosiasiya sazişi imzalamaq ərəfəsində keçmiş prezident V.Yanukoviç bu gün Ukraynanın yaşadığı problemləri bircə-bircə dilə gətirmiş və Avropa liderlərini, xüsusən də A.Merkeli xəbərdar etmişdi ki, saziş imzalanacağı təqdirdə Rusiya çox böyük təzyiqlərə başlayacaq və Ukraynanı öz orbitində saxlamaq üçün bütün vasitələrə əl atacaq... Amma o vaxt ukraynalı müxalifətçilər V.Yanukoviçi eşitmədilər və nəticəsi də bu oldu ki, Krım və Şərqi Ukrayna Kiyevin nəzarətindən çıxdı.

 

 

 

Bir başqaları isə tamamilə fərqli, hətta əks arqumentlərə diqqət yetirirlər və indiyə qədərki bütün Ukrayna rəhbərlərini böyük bir vaxtı “boş-boşuna” keçirməkdə suçlayırlar.

 

Doğrusu, ikinci Maydan zamanı bir uzaq seyrçi kimi mənim də təəccübümə səbəb olan detallar oldu. Xüsusən də yadımda qalan bu oldu ki, V.Leninin heykəllərini belə yalnız ikinci Maydan hərəkatından sonra götürdülər. Əslində isə, hər şey heykəllərdən başlayır, çünki onlar müəyyən bir dövrün simvollarıdır...

 

Nə isə ... Qayıdaq mətləbə. Digərləri isə diqqəti hətta ona çəkirlər ki, Qərbin, xüsusən də ABŞ-ın Ukraynaya daha çox diqqət ayırması münaqişə yaşayan qalan keçmiş sovet ölkələrinin rəhbərliyində bir növ inciklik yaratdı, onların Qərbə münasibətinin soyumasına səbəb oldu...

 

Amma fikir verdinizsə, mən “qınaq” sözünü dırnaqda yazdım. Bu isə o deməkdir ki, bütün bunlar subyektiv mülahizələrdir. Reallıq isə tamam başqa şeydir, xüsusən də böyük siyasət deyilən prosesdə. Həm də ki bir məsələ də var. Azadlığa can atana “Niyə bunu edirsən?” və yaxud da ki, “Niyə belə gec edirsən?” deməzlər – imkanın var, dəstək ver, kömək ol, yoxdursa, onda heç olmasa, sus və qınama...

 

 

POROŞENKO REFERENDUM KEÇİRMƏYƏ HAZIRLAŞIR...

 

Mənim birdən-birə Ukrayna mövzusuna müraciət etməyimin isə tamam başqa bir səbəbi var. Ukrayna prezidenti P.Poroşenko bu günlərdə bildirdi ki, ölkəsinin NATO-ya daxil olması ilə bağlı referendum keçirmək niyyətindədir. Onun fikrincə, son illərdə ukraynalıların Bloka münasibəti ciddi şəkildə dəyişib və hazırda əhalinin yarıdan çoxu ölkəsinin Alyansa üzv olmasının tərəfdarıdır...

 

Bunlar P.Poroşenkonun fikridir. Amma Ukraynanın NATO-ya üzv olması yalnız ukraynalıların qərarından asılıdırmı? Təəssüf ki, yox. Hər bir adam, hətta siyasətdən uzaq olanlar belə dərhal qayıdardı ki, bəs Rusiya necə, o, buna imkan verəcəkmi?

 

Başqa birisi isə hazırda NATO-nun özünün ziddiyyətli məqamlar yaşamasına diqqət çəkər və ən əsası da yeni ABŞ hakimiyyətinin NATO ilə bağlı fikirlərinin hələ də qeyri-müəyyən halda qalmasını yada salardı. Ona görə də məsələnin, necə deyər, xırdalanmasına ehtiyac var.

 

 

MOSKVANIN QƏZƏBİNİN SƏBƏBİ...

 

Amerikalı politoloq Z.Bjezinski hələ “Böyük şahmat taxtası” kitabında yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları xeyli zəifləyər. Elə Moskvanın bu ölkəyə qəzəbinin mayasında da bu dayanır. Ukrayna öz müstəqillik siyasətinə yeni təkan verəndən sonra ruslar bu ölkəyə qarşı açıq təzyiqlərə keçməyə qərar verdi.

 

İndi anlayırlar ki, qatar çoxdan gedib və daha Kiyevi öz orbitlərində saxlaya bilməyəcəklər. Ona görə də bu ölkədən maksimum dərəcədə nəsə qoparmağa çalışırlar...

 

Elə Rusiyanın Suriya məsələsinə müdaxilə etməsi də hardasa Ukrayna ilə bağlıdır. Rəsmi Moskva siyasətin qədim bir tövsiyəsinə əməl edir və o, da budur ki, əgər diqqəti bir problemdən yayındırmaq istəyirsənsə, onda başqa bir problem yarat!

 

Bunu rəhbər tezis kimi götürən ruslar da belə etdilər və daha bir problem yaratdılar – artıq hamı Rusiyanı da Suriya məsələsində fakt kimi görür, hətta onunla sövdələşməyə can atır...

 

Bu isə o deməkdir ki, “siyasi bazar”a çıxarmaq, sövdələşmək üçün indi rusların çantasında başqa bir təklif də var – o da Suriyadır...

 

Təsadüfi deyil ki, hətta yeni ABŞ hakimiyyəti də Rusiya ilə münasibətlərdə, birinci növbədə, Suriya problemində əməkdaşlığı ön plana çəkir. Bunu isə belə qəbul etmək olar ki, ruslar qismən olsa da, öz istəklərinə nail olublar...

 

İndi maraqlı taktika seçiblər. Trampla bağlı daha əvvəlki eyforiyanı biruzə verməməyə çalışırlar. Guya bununla Trampı qoruyur, Amerikada ictimai rəyin bütünlüklə ona qarşı çevrilməsinə imkan vermirlər. Amma necə deyər, cidanı çuvalda gizlətmək olmaz, gec-tez bütün kartlar açılır və elə Tramp kartı da tezliklə açılacaq. NATO ölkələri də onunla üzbəüz görüşə hazırlaşır, üstəlik, bunun yazdan gec olmayacağı bildirilir. Deməli, biz də çox gözləməli olmayacağıq...

 

 

TRAMP İSƏ HƏLƏ GÖTÜR-QOY EDİR...

 

Bəli, Tramp seçkilər vaxtı NATO ilə bağlı xeyli ziddiyyətli fikirlər səsləndirmişdi. Bir daha deyirik ki, indi hamı D.Trampın artıq prezident olandan sonra həmin konteksdə fikrinin necə olacağını təxmin etməyə çalışır.

 

Əgər yeni prezidenti NATO ilə bağlı yalnız maliyyə nüansları maraqlandırırsa, artıq məsələni tükənmiş hesab etmək olar – avropalılar Blokun maliyyə yükünün bir hissəsini üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər. Amma Trampı təkcə maliyyə məsələləri narahat edirmi? Təəssüf ki, bu xüsusda konkret söz demək hələ tezdir. Ona görə də bir azacıq da gözləmək və Trampın Avropa liderləriylə məsləhətləşmələrinin necə bitəcəyini aydınlaşdırmaq lazım gəlir.

 

Amerikalılar Rusiyanı daha da qıcıqlandırmamaq üçün bu vaxta qədər Ukraynayla bağlı başqa konsepsiyaya dəstək verirdilər. Onlardan biri də H.Kissincerin təklifi idi. Bu formula görə Ukrayna nə NATO-nun, nə də AB-nin üzvü olmamalı idi. Amma bir şərtlə – Rusiya da onu KTMT-nın və ya Avrasiya İttifaqının üzvü olmağa təhrik etməməli idi...

 

Fəqət, bu, B.Obama vaxtında səslənmiş fikirlər idi. D.Tramp administrasiyası isə tamam fərqli yanaşma təklif edə bilər. Bunu isə indi yalnız gözləmək lazım gəlir.

 

 

ALLAHDAN UZAQ, RUSİYAYA YAXIN...

 

NATO məsələsində başqa bir cinah da Avropadır. Avropalılar Ukraynanın və eləcə də Gürcüstanın Alyansa can atmasına elə də həssas yanaşmırlar. Xüsusən də Ukraynanın böyüklüyü onları qorxudur.  Elə bu səbəbdən də P.Poroşenko prinsipcə, çox şey deyə bilər. Amma müttəfiqlər – ABŞ vəya Avropa buna hazırdırmı? Bax, elə sual da budur.

 

Ona görə də bir daha, yenidən Ukraynanın özünə qayıtmaq istərdik. Onun da müstəqillik yolları çox əzablı oldu. Elə bəlkə, bunun özü də SSRİ-nin süqutu ilə bağlı bəzi “nəzəriyyə”lərə cavabdır.

 

Bəzi politoloqlar – onların arasında bizim azərbaycanlılar da var – indiyədək bu fikirdədirlər ki, SSRİ “yuxarı”dan dağıdıldı, yerlərdəki milli hərəkatların bunda heç bir rolu olmadı. Elə ruslar da bu cür düşünürlər. Onların da çoxu SSRİ-nin dağılması ilə heç cür barışa bilmir. Hələ də bu fikirdə bulunurlar ki, SSRİ-nin süqutu obyektiv iqtisadi və siyasi proseslərin yox, hansısa siyasətçilərin məkrli və gizli planlarının, hətta satqınlığının nəticəsində baş verdi.

 

Bu yaxınların söhbətidir. Rusiya telekanallarının birində növbəti siyasi şou göstərirdilər. Jurnalistin “ABŞ qlobal ambisiyalarından əl çəkərsə, Rusiya nə qazanar?” sualına həmişə çərənçiliyiylə seçilən və heç kimə danışmağaimkan verməyən V.V.Jirinovskinin cavabı olduqca qısa oldu. Dedi ki,  SSRİ-ni bərpa edəcəyik!

 

Düşünürəm ki, burada izafi şərhə ehtiyac yoxdur. Bəli, kimlərsə deyə bilər ki, əşşi, Jirinovskidir də, ağzına gələni danışır! Amma Rusiya prezidenti də “Rusiya sərhədləri heç yerdə qurtarmır” deməyi çox sevir.

 

Elə bu səbəbdən də çox da optimist deyilik. Təbii ki, P.Poroşenkonun referendumu bir siyasi test, hətta jest ola bilərdi və yaxud da ki, sadəcə, Rusiyanın siyasi isteblişmentində növbəti çaxnaşma yaratmaq cəhdidir.

 

Ona görə də bu da bir addımdır, qoy etsin. Amma böyük ümidlərə qapılmaq üçün elə əsas yoxdur, çünki Ukrayna da bizim kimi Tanrıdan nə qədər uzaqdırsa, Rusiyaya bir o qədər yaxındır...

 

İndi prezident P.Poroşenkonun administrasiyası D.Trampla görüş imkanları arayır. Artıq prezidentlər arasında telefon danışığı da olub. Ən müxtəlif vaxtlar və formatlar dilə gətirilir. Baş tutacaqmı? Bilmirik. Bircə onu bilirik ki, Ukrayna probleminə münasibət bütövlükdə Trampın xarici siyasətinin kursunun mühüm vektorunu müəyyən edərdi.

 

Bunun isə digər ölkələrə, o cümlədən də elə bizim Azərbaycana da yalnız xeyri dəyərdi, axı təcrübə göstərir ki, güclü və ya sərbəst Rusiya qonşuları üçün də, dünya üçün də problemdən savayı bir şey deyil...

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif:
Ruslar, yenə, də, arzularına, çatdılar, –, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı