Xəbər haqqında
14 Avqust 2017 - Bazar ertəsi 13:10 1965 nəfər oxuyub
 
Rüstəm Behrudi Alim Qasımova: Oxu və çıx get!
Hara can atırsan, zalım adam?! Can atmadan oxu!
YARADICI Xəbəri
Rüstəm Behrudi Alim Qasımova: Oxu və çıx get!

Bu gün xalq artisti Alim Qasımovun 60 yaşı tamam olur. Dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov “Şərəf” ordeni ilə təltif edilən xalq artistinin ünvanına təbriklər səsləndirilir.

 

Xeber365.com bildirir ki, şair Rüstəm Behrudi Alim Qasımova özünəməxsus təbrik ünvanlayıb: 

 

"Oxu, Alim,oxu! Göy üzünü sevib, Yer üzündə yaşamağın acısı var səsində. Oxu!

 

Boş bir məzar var uzaqlarda, başdaşını atəşlər yonur cəhənnəmdə. O atəşlərin üstünə oxu!

 

Kiminsə keçmişi kiminsə gələcəyi,kiminsə gələcəyi kiminsə keçmişidir. Bəs onda hara can atırsan, zalım adam?!

Can atmadan oxu!

 

Bir sərxoş boş qədəhdən nə umursa, buralardan umacağın o qədərdi sənin! Oxu və çıx get!

 

Oxu! Bəndələri gücsüz allahdan qaçıb İblisin bərbəzəkli arabasına minməyə qoymamaq üçün oxu!

 

Bizi Yer üzündə təkbaşına buraxıb gedən Tanrını adına dua oxu!

 

Bizim hamımızın əvəzindən oxu!

 

Tanrıdan başqa hər şeyi unuda-unuda oxu!

 

Adsız bəndələrin adı ilə oxu!

 

OXU:

 

Çıxıb zaman adlı həddən,

Tanrıya çox yaxınsan sən,

İsa, Musa, Məhəmməddən

Bu divanə halın ilə!

Oxu, Alim, oxu!

Doğum günün qutlu olsun, qardaş!

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Rüstəm, Behrudi, Alim, Qasımova:, Oxu, və, çıx, get!,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı