Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 12:49 69 nəfər oxuyub
 
Ərzaq məhsullarının qiyməti 17,6 faiz artıb
GÜNDƏM Xəbəri
Ərzaq məhsullarının qiyməti 17,6 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb. Ərzaq məhsullarının qiymətləri 17,6, faiz qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6 faiz artıb.

 

Xeber365.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

 

 

Məlumata görə, oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlər 1,1 faiz o cümlədən ərzaq məhsulları 2,3 faiz qeyri-ərzaq malları 0,3 faiz əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2 faiz  bahalaşıb.

 

Ay ərzində toyuq və sümüksüz mal ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, bananın, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, bibərin, badımcanın, lobyanın, kökün, sarımsağın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, sümüklü mal ətinin, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, minik avtomobillərinin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində artım, paltaryuyan maşınların və fotoaparatların qiymətlərində isə azalma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətində, paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətində, mənzillərin icarə haqqında, stomatoloji xidmətlərdə, bərbərxana və kosmetik xidmətlərdə isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

 

 
Mənbə: Müəllif:
Ərzaq, məhsullarının, qiyməti, 17,6, faiz, artıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı