The document has moved here.
|
||
Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib. | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
QHT-lərin müraciəti əsasında Agentliyin ofisində Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi" istiqaməti üzrə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan çəkinmir. Son günlər səfirliklərə qarşı təcavüzdə ermənilərin növbəti iyrənc əməllərinin nümunəsidir. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
|
||
|
||
Səfirliklərə, qarşı, təcavüz, və, Azərbaycana, artan, təzyiqlər, barədə, QHT-lərin, müzakirəsi, keçirilib., |
|