Xəbər haqqında
26 Noyabr 2017 - Bazar 21:47 931 nəfər oxuyub
 
Sən yatalı mən gözümə, ulduzları say demişəm - VİDEO
YARADICI Xəbəri
Sən yatalı mən gözümə, ulduzları say demişəm - VİDEO

Xeber365.com ənənəsinə sadiq qalaraq, bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Məmmədhüseyn Şəhriyarın (1906-1988) "Yar qasidi" şeirini oxumağa dəvət edirik:

 

Sən yarımın qasidisən
Əyləş sənə çay demişəm.
Xəyalini göndəribdir 
Bəs ki mən ax-vay demişəm.

 

Ax gecələr yatmamışam, 
Mən sənə lay-lay demişəm
Sən yatalı mən gözumə
Ulduzları say demişəm.

 

Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demışəm. 
Səndən sonra həyatə mən
Şirindisə zay demişəm. 

 

Hər gözəldən bir gül alıb 
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağını 
Ay batana tay demişəm.  

 

İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm. 
Gah toyunu yadə salıb 
Mən dəli nay nay demişəm.

 

Sonra yenə yasə batıb 
Ağları* hayhay demişəm. 
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm. 

 

Ömrə sürən* mən qara gün
Ax demişəm vay demişəm...

 

* Ağları: Ağlayıb
* Ömrə sürən: Ömür boyu 

 

 

 

 

Mənbə: Müəllif:
Sən, yatalı, mən, gözümə,, ulduzları, say, demişəm, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı