Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 11:48 289 nəfər oxuyub
 
Saakaşvili özünü öldürmək istəyir - Etiraz olaraq
DÜNYA Xəbəri
Saakaşvili özünü öldürmək istəyir - Etiraz olaraq

Saakaşvili evində axtarış aparan polislərlərə etiraz olaraq intihara cəhd edib. O, yaşadığı mənzilin yerləşdiyi binanın damına çıxıb  və polislərə axtarışı dayandırmasalar özünü burdan atacağını deyib. Ukrayna KİV-nin verdiyi məlumata görə o hələ də damdadır.

 

Xeber365.com RİA "Novosti"yə istinadən bildirir ki, Ukrayna Baş Prokurorluğu keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin mənzilində Təhlükəsizlik Xidmətinin dəstəyi ilə istintaq aparılmasını təsdiqləyib. Bu barədə məlumatı Baş prokurorun sözçüsü Larisa Sarqan yayıb. Onun sözlərinə görə  hüquq-mühafizə orqanlarının əməkdaşları maliyyə cinayəti ilə bağlı axtarış aparırlar.

 

Saakaşvilinin müttəfiqi David Sakvarelidze isə bildirib ki,  bu gün naməlum şəxslər Saakaşvilinin Kiyevdəki mənzilinin qapısını qırıblar.  Bundan sonra Saakaşvili yaşadığı 8 mərtəbəli binanın damına çıxıb və burdan özünü atacağını deyib. Təhlükəsizlik qüvvələri onun özünü atmağına mane olur. 
 

Mənbə: Müəllif:
Saakaşvili, özünü, öldürmək, istəyir, -, Etiraz, olaraq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı