Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 13:26 239 nəfər oxuyub
 
Saakaşvili polisdən şikayətçi olacaq - Rollar dəyişdi
DÜNYA Xəbəri
Saakaşvili polisdən şikayətçi olacaq - Rollar dəyişdi

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin vəkilləri onun müdafiəsini hüquq-mühafizə orqanlarının hücumu üzərində qurub. Vəkillərin iddiasına görə prokurorluq nümayəndələrinin əlində Saakaşvilinin evində axtarış aparmaqla bağlı sənəd olmayıb. Keçmiş prezident də məhz buna etiraz olaraq yaşadığı binanın damına çıxıb.

 

Xeber365.com RİA "Novosti"yə istinadən bildirir ki, bununla bağlı sabiq prezidentin müdafiəçisi Ruslan Çernolutski məlumat verib: “Biz bu cinayətlə bağlı şikayət edəcəyik. Hüquq mühafizə orqanı əməkdaşları biz vəkillərin işinə də mane olur”.

 

Vəkilin çıxışının sonunda Mixail Saakaşvili özü Ukrayna parlamentinin yaxınlığındakı çadır şəhərciyinə gəlib. Onun etirazçılara müraciət edəcəyi gözlənilir. 
 

 

Mənbə: Müəllif:
Saakaşvili, polisdən, şikayətçi, olacaq, -, Rollar, dəyişdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı