Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 15:40 181 nəfər oxuyub
 
Saakaşvili tərəfdarlarına çağırış: Yolları açın
DÜNYA Xəbəri
Saakaşvili tərəfdarlarına çağırış: Yolları açın

Ukrayna Ali Radası etirazçılara müraciət edib.

 

Xeber365.com “RİA Novosti”ə istinadla yazır ki, Ali Radanın vitse-spikeri İrina Qeraşenko parlament binası önündə müddətsiz aksiya keçirən etirazçılara səslənib, bina ətrafındakı yolları açmağa çağırıb. Etirazçıların qurduğu çadırlarla örtülən və şəhərciyi xatırladan sahə Ali Radayla üzbəüz yerləşən Mayinski parkını əhatə edir. Parlamentə gedən əsas yolda yaradılan bu şəhərcik ucbatından parlamentə gedən yollar qismən bağlanıb.

 

“Biz insanların sərbəst toplaşmaq hüququna hörmət edirik, ancaq parlament yolunun bağlanması yolverilməzdir. Etirazçılardan yolun əsas - keçid hissəsini boşlatmalarını xahiş edirəm və söz verirəm ki, heç bir güc tədbirləri tətbiq olunmayacaq. Sadəcə imkan verin parlament normal iş rejiminə qayıda bilsin” deyə Qraşenko parlament fraksiyaları liderləri ikə bu gün keçirdiyi görüşdə bildirib.

 

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə Ukraynada silsilə etiraz aksiyaları və yürüşlər keçirilir. Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.

Mənbə: Müəllif:
Saakaşvili, tərəfdarlarına, çağırış:, Yolları, açın,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı