Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 14:41 686 nəfər oxuyub
 
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
BAXIŞ Xəbəri
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin intihara cəhd etməsi dünya mediasının diqqətini cəlb edib. Artıq Avropa və ABŞ-ın aparıcı nəşrlərini Odessanın keçmiş qubernatorunun 8-ci mərtəbədən çəkilən görüntüləri “bəzəyib”.

 

Xeber365.com bildirir ki, Rusiya mediası isə Saakaşvilinin bu cəhdini "polisi təhdid etmək" kimi analiz edib. Hətta bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sual ünvanlanıb. O isə cavabında “damda oturan adamların hərəkətlərini şərh etmirik” açıqlamasını verib.

 

 

Saakaşvilinin sözün həqiqi mənasında dama çıxması siyasətçinin xarizmasını ciddi mənada zədələyib. Bununla bağlı Xeber365.com-a açıqlama verən politoloq Qabil Hüseynli Saakaşvilinin artıq “yarım siyasətçi” kimi qəbul edildiyini bildirib: 

 

 

“Saakaşvili emosionallığı yüksək səviyyəyə qaldırmış yarım siyasətçidir. O, artıq öz hədəflərini aydın görə, uyğun taktika seçə bilmir. O Gürcüstanda öz nüfuzunu itirmişdi. İndi də Ukraynada nüfuz itirməkdədir. Provakasiya xarakterli addımlar atır. Onun üçün ən optimal yol bir müddət sakitliyə çəkilmək ola bilər.  Amma Saakaşvili prezidentliyə iddia edir. Unudur ki, Ukrayna Gürcüstan deyil. Onun kütləvi xalq hərəkatına rəhbərlik etmək imkanı yoxdur. Belə getsə onu Ukraynadan deportasiya edəcəklər.

 

Politoloq həmçinin qeyd edib ki, Ukraynada prezident Poroşenkonun tərəfdarlarının sayı keçmiş qubernatoru dəstəkləyənlərdən qat-qat çoxdur: “Saakaşvili utopik arzularla yaşayır. O, elə bilir ki, Poroşenkoya qarşı mübarizə aparıb iqtidara gələ biləcək. Ukrayna nəhəng bir dövlətdir. Ordakı insanlar daha çox Poroşenkonu dəstəkləyər, nəinki Saakaşvilini. Mixail düşünməlidir ki, Poroşenko Gürcüstana gedib özünə seçici toplaya bilərmi? Məncə xeyr. Hal-hazırda Saakaşvili Ukrayna cəmiyyətində eyni ilə o cür vəziyyətə düşmüş adamdır. O taleyi ilə barışmalıdır”.

 

 

Xatırladaq ki, Saakaşvili bu səhər  evində axtarış aparan polislərə etiraz olaraq intihara cəhd edib. O, yaşadığı mənzilin yerləşdiyi binanın damına çıxıb  və polislərə axtarışı dayandırmasalar özünü burdan atacağını deyib. Daha sonra sabiq prezident Ukrayna hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

 

Mənbə: Müəllif:
Saakaşvili, taleyi, ilə, barışmalıdır, -, ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı