The document has moved here.
|
||
Sabah 37 dərəcə isti olacaq | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Xeber365.com-a verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. |
||
|
||
Sabah, 37, dərəcə, isti, olacaq, |
|