Xəbər haqqında
18 Dekabr 2017 - Bazar ertəsi 15:36 252 nəfər oxuyub
 
Sabah rusiyalı hərbçilər Ukraynanı tərk edəcək
DÜNYA Xəbəri
Sabah rusiyalı hərbçilər Ukraynanı tərk edəcək

Bu şərtlər altında Rusiyanın Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdə təmsil olunması qeyri-mümkündür. Dekabrın 19-da bu mərkəzdə olan rusiyalı hərbçilər Ukrayna ərazisini tərk edəcək.

 

Xeber365.com bildirir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Bu bəyanatla Rusiya Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxdığını açıqlayıb.

 

Sənəddə vurğulanır ki, 2018-ci ilin yanvarından Ukraynaya gedən bütün Rusiya vətəndaşları özləri barədə ətraflı məlumat təqdim etməlidirlər, bu isə rusiyalı hərbçilər üçün qəbuledilməzdir: “Ukrayna mərkəzdə fəaliyyət göstərən rusiyalı hərbçilər üçün gərgin mənəvi-psixoloji vəziyyət yaradıb, onların öz hərbi xidmətlərini həyata keçirməsinə maneə törədib”.

 

 

Mənbə: Müəllif:
Sabah, rusiyalı, hərbçilər, Ukraynanı, tərk, edəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı