The document has moved here.
|
||
Sabahın hava proqnozu | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. |
||
|
||
Sabahın, hava, proqnozu, |
|