The document has moved here.
|
||
Sabahın havası açıqlandı | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Oktyabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Xeber365.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 olacaq.
Azərbaycanın şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq. |
||
|
||
Sabahın, havası, açıqlandı, |
|