301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 Avqust 2017 - Bazar ertəsi 15:09 2879 nəfər oxuyub
 
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Prof. Qafar Çaxmaqlı yazır...
BAXIŞ Xəbəri
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq

“Bizim “azad edildi” dediyimiz əraziləri beynəlxalq birlik “ işğal” adlandırır"

 

Keçən dəfəki yazımda mən iki ermənidən birinin 1918-1920-ci illərdə  Ermənistanın ilk baş naziri olmuş  Hovhannes Kaçaznuninin etiraflarından bəhs etmişdim.  (http://xeber365.com/haber-iki-erm-ni-liderinin-etiraflari-ona-gor-qirginlar-tor-tdik-ki...-9463.html)

 

Yazını oxumayanlar üçün xatırladım ki, Hovannes Kaçaznuni 1923-cü ildə  Buxarestdə Daşnaksütyun Partiysının XI Konqresində etdiyi məruzəsində açıq etiraf edib ki, onların fəaliyyəti cinayətkar xarakterli olub.  Bu sayaq etiraflarda bulunan ikinci erməni lider isə  1991-ci ildə Sovet İttifaqı dağılandan sonra  elan olunan Ermənistan Respublikasının ilk prezidenti  Levon Ter-Petrosyandır. Demişdim ki, hər ikisi Azərbaycan və Türkiyəyə qarşı düşmənçilk münasibətində olublar. Fəaliyyətləri də,  siyasətləri də  anti-türk istiqamətində olub. Amma hakimiyyəti tərk edəndən sonra etiraf ediblər ki, onlar Türkiyə və Azərbaycana qarşı düşmənçilk siyasətində çox böyük yanlışlığa yol veriblər. Bu siyasətlərindən nəinki  Azərbaycan və Türkiyə xalqı, həm də Ermənistan və burada yaşayan  erməni xalqı da  çox böyük zərər çəkib. Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasının “Gündəmdən kənar” verilişinə müsahibəsində bu ilin 30 mart tarixli buraxılışında  deyib ki, Azərbaycan güzəştlərə hazırdır və danışıqlar masası üzərindəki sənəddə cəmi 2-3 mübahisəli məsələ qalıb. (http://www.tert.am/am/news/2017/03/22/levon-ter-petrosyan/2316445)

 

Daha əvvəllər də Ter-Petrosyanın buna bənzər fikirləri olub . Hətta 1997-ci ildə prezident postunu tərk etməsinin səbəblərindən biri də bu olub. O,  işğalolunmuş Azərbaycan torpaqlarını Azərbaycana vermək siyasəti yürütməyə başlamışdı. 20 il sonra fikir və düşüncəsində heç bir dəyişiklik olmayan Ter-Petrosyan Prezident seçkilərinə “Erməni Milli Konqresi – Ermənistan Xalq Partiyası” (Konqres-EXP) blokunun lideri  kimi bir daha bəyan edib. Şübhəsiz ki,  onun Qarabağ məsələsinin həllində kompromis sayılacaq bu fikirləri həddən artıq milllətçi olan erməni cəmiyyətində qəbul görməzdi, onun bu seçkilərdə məğlubiyyətinə səbəb olacaqdı, elə də oldu. Amma bu fikirlərin bizim üçün əhəmiyyəti var.

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanların olduğunu heç bir siyasi qüvvə inkar etmir. Bəs Ter-Petrosyanın təklif etdiyi kompromislər digərlərinin təklifindən nə ilə fərqlənir?” sualına sabiq prezident belə cavab verib: “Öncə bir məqamı dəqiqləşdirək. Mən hər hansı plan irəli sürməmişəm. Mənim fikirlərimə qarşı olanlar da hər hansı plan təklif etməyib. Belə bir plan əvvəldən var. Problem bizimlə Azərbaycan arasında yox, bizimlə dünya birliyi arasındadır.

 

Biz, yəni həm Azərbaycan, həm də Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının – BMT və ATƏT-in  bərabərhüquqlu üzvləriyik. Münaqişənin həlli ilə əlaqədar prinsipləri də nə Azərbaycan, nə Ermənistan, nə də Qarabağ müəyyənləşdirir. Onu beynəlxalq birlik müəyyənləşdirir”.

 

Gerçəkdən də belədir, indi Qarabağ məsələsinin həll edilməsi hər iki münaqişə tərəfinin nəzarətindən çıxıb.  Bir zamanlar məsələnin beynəlmiləlləşməsini istəyən ermənilər tarixi Azərbaycan torpaqlarına iddiaçı qismində geri dönüblər. Halbuki, nə 1918-ci ildə AXC hakimiyyəti zamanı, nə də 1923-cü ildə buraya muxtar vilayət statusu veriləndə bu ərazilər mübahisə predmeti deyildi. Heç 1988-1991-ci ildə də, ondan sonrakı ilk illərdə də belə deyildi. İndi bu məsələni biz həll etmirik!

 

Ter-Petrosyan deyir ki,  onun seçkiqabağı təqdim etdiyi “əslində, bu, heç də mücərrəd bir platforma deyil. Bu təşkilat qərar qəbul etmək səlahiyyətinə malik məhkəmə orqanı olmasa da, ona bu məsələ ilə məşğul olmaq səlahiyyəti verilib. Söhbət BMT-dən də xeyir-dua almış ATƏT-in Minsk qrupundan gedir. BMT-nin Qarabağla bağlı bütün sənədlərində bu məsələ ilə bağlı səlahiyyətlərin ATƏT-n Minsk qrupuna həvalə olunduğu vurğulanır”.

 

Belə çıxır ki, təkliflər çoxdan var və onlar nə  Ermənistanın, nə də Azərbaycanın təklifləridir. Bu təklifləri beynəlxalq təşkilatlar verib. İndi isə məsələ daha konkret qoyulub.  O, ortada olan münaqişənin nizamlanması üçün “Madrid prinsipləri” adlandırılan plandan bəhs edir  və deyir ki, 2007-ci ildən bəri məhz bu plan üzərində müzakirə aparılır.

 

L.Ter-Petrosyanın sözlərinə görə, indiyədək tərəflərə 6 belə plan təqdim edilib: paket, mərhələli, “ümumi dövlət”, Ki Uest planı, daha sonra Amerikanın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. Sabiq prezident deyir ki, əslində, bu planların heç biri digərindən köklü şəkildə fərqlənməyib və fərq yalnız metodik yanaşmalarda olub.

 

 

“Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. Buna Qarabağ da etiraz edirdi. 1998-ci ildə ortaya qoyulmuş “Ümumi dövlət” adlanan planı isə Azərbaycan qəbul etməyib. Halbuki, onu Ermənistan qəbul edirdi. “Madrid prinsipləri”nə gəlincə, hələlik ondan heç kəs imtina etməyib. Danışıqların əsası kimi, həm Ermənistan, həm də Azərbaycan onu qəbul edib”.

 

Müsahibəsində əlavə edib ki, indi ortada Madrid prinsipləridir, başqa variant yoxdur. Gələcək mübahisələr də bu prinsiplərə uyğun olan  maddələr ətrafında gedir. Həmin prinsiplərlə bağlı  həmsədrlər arasında heç bir fərqli fikir yoxdur. Bu prinsiplərin içərisində ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik də var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və sairə də bu planda yer alır.

 

Müxbirin “Ermənistan güzəştlərə hazırdır, Azərbaycan yox?” sualına Ter-Petrosyan belə cavab verib: “Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə, Minsk qrupunun apardığı prosesdə iştirak etməzdi. Yəni, hər iki tərəf güzəştlərə hazırdır. Sadəcə, onlar mümkün qədər üstünlük qazanmağa çalışırlar. Bu da təbiidir. Bütün digər planların müzakirəsi zamanı da belə olub. Doğrudur, hansısa mərhələdə hər iki tərəf bu plana “yox” deyə də bilər. Ancaq bu, hələ ki, baş verməyib”.

 

 

Sabiq dövlət başçısı etiraf edib ki, bu gün Ermənistanda siyasətçi adlandırılanların çoxu, sabiq diplomatların 99-i Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən  prosesin mahiyyətini anlamır: “Gedirlər, danışıqlar aparırlar, gecə-gündüz çalışırlar,  iki gündən bir ya Nalbandyan, ya da Sarkisyan Moskvadadırlar, Parisdədirlər… Nəyin ətrafında danışıqlar aparırlar?  Bəllidir ki, bu istiqamətdə ardıcıl şəkildə  Minsk qrupunun təqdim etdiyi proqram ətrafında müzakirələr gedir. Belə çıxır ki, o insanlar xaindirlər, torpaqmı satmaq istəyirlər?.. İndi yanğını söndürmək zamanıdır. Apreldə nələrin yaşandığını gördük. Nələrin ola biləcəyini də gördük. Bəli, aprel hadisələri bir təkan oldu. Əgər problem həll olunmasa, bizi neçə “Aprel döyüşü” gözləyir? Xalqımız nə qədər ölü verməlidir? O ölümlərin bir mənası varmı? İnsanlar nə üçün ölür? Hansı tərəfdən yanaşsaq, bunun başqa həlli yoxdur. Bu qədər konkret danışıram”.

Müsahibənin daha sonrakı hissəsində Ter-Petrosyan opponentlərinə cavab olaraq deyib: “Tutaq ki,  Minsk qrupunun təklif etdiyi həll variantından imtina etdik, nə qazanacağıq? Status-kvo qalacaq, yenə hər gün bu blokada şəraitində, müharibə təhlükəsi altında yaşayacağıq. Hər gün insanlarımız ölüm təhlükəsi altında olacaq. Belə şəraitdə inkişaf edə biləcəyikmi? Bu durumda ordumuzu gücləndirmək üçün mənbələr tapa bilərikmi? Xalqımızın sosial vəziyyəti yaxşılaşa, miqrasiya azala bilərmi?”.

 

 

Ter-Petrosyan hesab edir ki, məhz bu səbəbdən Ermənistan son 20 ildə ildən-ilə tənəzzülə uğrayıb. “İndi, həmsədrlər normal, balanslaşdırılmış plan təklif edir. Ermənistan onu imzalamağa hazır olduğunu qəti şəkildə ortaya qoyarsa, Azərbaycan etiraz etməz”, – deyə Levon Ter-Petrosyan qeyd edib.

 

 “Qarabağın statusu ilə bağlı səsvermənin günü və vaxtı gələcəkdə müzakirələrdə müəyyən ediləcək” fikrindəki “gələcək müzakirələr” ifadəsi Ter-Petrosyanı narahat etmirmi?” sualına sabiq prezident belə cavab verib: “Əlbəttə, edir. Buna reaksiyanı ilk dəfə mən vermişəm. Bildirmişəm ki, keçiriləcək səsvermənin bütün şərtləri ilk mərhələdəcə elan olunmalıdır. Onun vaxtı, səsverməyə qoyulacaq məsələ, nəticələrinin yurisdiksiyası ilə bağlı 6-7 məsələ irəli sürmüşəm. İlk dəfə bu məsələni 2008-ci ildə qaldırmışam. İndi də bu fikirdəyəm ki, hazırda bəzi həll olunmamış xırdalıqlara səthi yanaşsaq, onları bu gün həll etməsək, sabah o haqda danışmaq daha çətin olacaq”.

 

 

 “Qarabağa sonuncu səfərinizdən hansı təəsüratlarla qayıtdınız?” sualına isə Ter-Petrosyan belə cavab verib: “Bilirsiniz, mən o adamlardan deyiləm ki, 2 nəfərlə görüşməklə qarabağlıların nə istədiyini deyim. Bunu müəyyənləşdirmək üçün aylarla orada qalmalıyam. Bir şey bəllidir ki, Ermənistanın da, Qarabağın da əhalisi bu 20 ildə ciddi beyin travması alıb. Müntəzəm şəkildə qələbədən danışmaqla, əraziləri geri verməyəcəklərini deməklə, “dənizdən-dənizə Ermənistan” yaratmaq xülyaları ilə, qalib ordudan, 1994-cü ilin zəfərlərindən bəhs etməklə, millətin məsələlərə açıq gözlə baxmaq hissini yox ediblər. Gəlin Qarabağ məsələsinə daha konkret, daha yaxından baxaq. Ərazilərin qaytarılması məsələsini bir az açıq gözlə nəzərdən keçirək.

 

Ən ağrılı problem budur. Xalqı çaşdıran politoloqlar, siyasətşünaslar belə bir fikir formalaşdırmağı sevir: kim ərazilərin geri qaytarılmasından danışırsa, o, xaindir, qorxaqdır, türkdür, nə bilin nədir… Yaxşı, tutaq ki, mən türkəm, xainəm, qorxağam, məndən sonra gələn Koçaryan, Vardan Oskanyan eyni plan üzərində çalışmırdılarmı? Üstəlik, onlar daha pis plan üzərində işləyirdilər.

 

Bilin, ərazilərin qaytarılması şərti bütün layihələrdə yer alıb və bu şərti hər kəs qəbul edib. Hər kəs anlamalıdır ki, biz beynəlxalq ailənin üzvüyük və bu ailənin qaydalarına əməl etməyə borcluyuq. Biz BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyimizə dair imzalar atmışıq. Bu sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyini qəbul etmişik. Demək, buna əməl etməliyik. Bu prinsipləri biz də qəbul etmişik, Azərbaycan da. Dünya isə bu prinsiplərin pozulması ilə bağlı heç bir bəhanəni tanımır”.

 

 

Ter- Petrosyan işğal olunmuş ərazilərin dərhal geri verilməsinin Ermənistanın özünün xeyrinə olacağını dəfələrlə vurğulayıb: “Biz Qarabağın nəzarəti altında olan Azərbaycan ərazilərini “Tarixi Ermənistan” da, azad olunmuş ərazilər də adlandıra bilərik, oraya “müqəddəs ərazilər” və sair də deyə bilərik. Amma beynəlxalq hüquqda belə kateqoriyalar yoxdur və ola da bilməz. Bunlar xülyadır. Nə bizim hakimiyyətimiz, nə Koçaryan, nə də Sarkisyan bu ifadələrdən beynəlxalq sənədlərdə istifadə edib. Əgər belə ifadələrdən istifadə etsəydik, ölkəmizi “qanmaz ölkə” elan edərdilər”.

 

“Bəs həmin ərazilər sizin vaxtınızda azad edilmədimi?” sualına Ter-Petrosyanın cavabı belə olub: “Biz “azad edildi” deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adlandırır: İşğal!”.

 

– Belə çıxır ki, oranı siz işğal etmisiniz?

 

– Beynəlxalq birliyə görə, bəli!

 

Növbəti sual belə olub: “Ter-Petrosyan bunu nə ilə izah edə bilər – biz torpaqları nəyin qarşılığında geri qaytarırıq?”

 

Sabiq prezidentin cavabı: “Biz torpaqları beynəlxalq təşkilatlara təhvil veririk. Bizim üçün Azərbaycanın tələblərinin əhəmiyyəti yoxdur. Biz BMT və ATƏT-in tələblərini yerinə yetiririk. Vəssalam!”

 

– Axı nəyin qarşılığında?

 

Soruşursunuz ki, torpaqları nəyin qarşılığında veririk? Çox yaxşı sualdır.

Birincisi, bunu beynəlxalq hüquq tələb edir. Amma sənəddə, məsələn, Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququ, sərbəst, təhlükəsiz yaşama hüququ kimi məsələlər də əksini tapıb. Bu, artıq ən böyük güzəştdir.

1988-ci ildə Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşməsi hərəkatı başlayarkən onlar, bilirsinizmi, nə haqda düşünürdü? O zaman bir neçə ay öncə Krım tatarları məsələ qaldırmışdı. Orta Asiyada yaşayan bu tatarların Krıma qayıtmasına icazə verilmirdi. Çox çək-çevirdən sonra Moskva məsələni araşdırmaq üçün komissiya yaratmaq qərarı verdi. Qarabağın istədiyi də bu idi. Onlar da istəyirdi ki, heç olmasa, bir komissiya da onlar üçün yaradılsın.

 

Demək, onun fikrincə bu gün məsələ beynəlxalq müstəviyə keçirilibsə, bu, ermənilər üçün göydəndüşmədir, bir vaxtlar bunu yalnız xəyal edə bilərdilər

 

Levon Ter-Petrosyan hesab edir ki, ötən illər ərzində Azərbaycan bir sıra ciddi güzəştlərə gedib. “Biz beynəlxalq qurumların – BMT-nin, ATƏT-in Qarabağın öz müqəddəratını təyin etməsi haqqını qəbul etməsinə nail olmuşuq. Bundan böyük nə güzəşt gözləyirik?” deyə sabiq prezident sual verir: “Beynəlxalq birlik ərazilərin Qarabağın nəzarəti altında qalmasını qəbul etmir. Ərazilərin dərhal boşaldılması tələb olunur. Laçın dəhlizi ilə bağlı isə istisna var. Anlayırlar ki, bunsuz Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək çətin olacaq. Üstəlik, yalnız Qarabağın təhlükəsizliyi üçün yox, həm də Ermənistanla normal iqtisadi əlaqələr üçün birbaşa rabitə olmalıdır. Bu da qəbul edilib”.

 

Sabiq prezident fikrini belə davam etdirib: “Biz birtərəfli qaydada Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təminatçısı olduğumuzu bəyan etmişik və bu da qəbul olunub. Bundan sonra Dağlıq Qarabağ və Laçın dəhlizi ilə bağlı razılaşmalara əməl olunmazsa, Ermənistan artıq qanuni şəkildə işə qarışa, Qarabağla bağlı qanunsuzluqların qarşısını ala bilər. İndi soruşuruq ki, Qarabağ və ya Ermənistan tərəfi nə əldə edib? Əgər 1988-ci ildəki vəziyyəti yada salsaq, bu, möcüzədir. Əgər buna nail ola bilsək…”

 

Əlbəttə, başqa ermənilər kimi Ter- Petrosyan da  arzulayıb və arzulayır ki, Dağlıq Qarabağ ermənilərin olsun. Amma  başqa ermənilərdən fərqli olaraq, reallığı dərk edir, etiraf edir ki, bu ərazilər onlara aid  deyil və deyir ki,  məhz bu səbəbdən Ermənistan son 20 ildə ildən-ilə tənəzzülə uğrayıb, belə getsə, faciəli sonluqla başa çatacaq. O, 2016-cı il aprel döyüşlərini nahaq yerə xatırlatmır. Başqa sözlə,  Azərbaycan torpaqlarının işğalında rol oynamış və uzun illər bu siyasəti davam etdirmiş canilərdən biri etiraf edir ki, onlar bu məsələdə heç bir divident qazanmayacaqlar. İşğal olunmuş Qarabağ geri verilməlidir. Bu, tarixi bir etirafdır.

 

Mənbə: Müəllif:
Sabiq, Ermənistan, prezidentindən, tarixi, bəyanat:, İşğal, etdiyimiz, torpaqları, qaytarmalıyıq,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı