The document has moved here.
|
||
Sahil Babayev Eldar Əzizov qardaşını işdən çıxarıb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edibmiş.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.
Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.
Aydın Əzizov qulaq, burun, boğaz həkiidir. |
||
|
||
Sahil, Babayev, Eldar, Əzizov, qardaşını, işdən, çıxarıb, |
|