301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
23 Oktyabr 2020 - Cümə 10:28 101 nəfər oxuyub
 
Saleh Kamrani beynəlxalq vebinarda çıxış edib
GÜNEY AZƏRBAYCAN Xəbəri
Saleh Kamrani beynəlxalq vebinarda çıxış edib

Brüsseldə azlıqların müdafiəsi üzrə Avropa Assosiasiyası İranda iqtisadi-siyasi çətinliklər, mövcud vəziyyət və bu ölkənin Dağlıq Qarabağ məsələsinə münasibəti ilə bağlı vebinar təşkil edib. Seminarda Azərbaycan Mərkəz Partiyasının sədri, insan haqları müdafiəçisi Saleh Kamrani məruzə ilə çıxış edib. Çıxışdan bir hissəni təqdim edirik: “İran hökümətinin fəaliyyət strategiyasındakı çatışmazlıqlar, iqtisadi-siyasi islahatların uğursuzluğu, koronavirus böhranı xalqın haqlı narazılığına səbəb olur. Ölkə idarəçiliyindəki problemlər Amerika ilə ikitərəfli münasibətlərin gərginliyinə, büdcə gəlirlərinin zəifləməsinə, daxili münaqişə və qarşıdurmalara imkan yaradıb. İranda etnik, dini və məzhəb cəhətdən fəallaşma birliyin qorumasını praktik olaraq mümkünsüzləşdirdi. Son 40 ildə türklər İslam İnqilabının qələbəsindəki fəal iştirakı baxımından yavaş-yavaş mərkəzdən ayrılmağa çalışmaqla İranın ən güclü mərkəzçi olmayan cərəyanı rolunu oynayır. İran türkləri ərazidə yayğın və demoqrafik birləşmə baxımından İranın ən güclü siyasi və sosial cərəyanıdır. Türk cəmiyyətinin gücünü və təsirini inkar etmək İranın bugünkü həqiqətlərini inkar etmək deməkdir. Beləliklə, mövcud vəziyyətdə, İranın bu günü və gələcəyi üçün hər hansı bir ssenari və qərarda türklərin rəyini və razılığını cəlb etmək zəruridir. İranın parçalanması millətin yalnız bir hökumət quruluşundan uzaqlaşması ilə məhdudlaşmır. Xalqın islahatlardan və iqtidarın səmərəsizliyindən məyus olması İran xalqının mövcud idarəçilik sistemini dəyişdirmək fikrinin də formalaşmasına imkan yaradıb. Məlumdur ki, Azərbaycan-Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsində İran hökümətinin mövqeyi güney azərbaycanlıların etirazına səbəb olub ki, bu da bölgədə gərginliyin daha da şiddətlənməsinə yol açıb. Məlum olduğu kimi İran, Livandan Yəmənə və Suriyaya qədər bölgədəki vəkil qüvvələrinin varlığı və birbaşa dəstəyi ilə böyük bir hərbi texnika istehlakına sahibdir. Bu məqsədlə Ermənistanın Azərbaycan ordusuna qarşı məğlubiyyəti və geri çəkilməsi nəzərə alınaraq, İrəvandakı hərbi texnikalara təcili ehtiyacını inkar etmək olmaz. Ermənistan da dəfələrlə İranla ən yüksək səviyyədə hərbi əməkdaşlığa hazır olduğunu, hətta israr etdiyini bildirdi. İran silahlarının alqı-satqısına qoyulan embarqo götürüldükdən sonra, Ermənistan İctimai Radiosunun Fars bölməsi İran raket sisteminin cəlbediciliyindən yazaraq, İran İslam Respublikasına qoyulmuş embarqonun qaldırılmasını vurğulayıb. Ermənistan İctimai Radiosu da İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan insanları nümunə gətirərək, 2019-cu ildə ABŞ-ın bir pilotsuz təyyarəsini vurmuş İranın raket hava hücumundan müdafiə sistemini almağın mümkün olduğunu söyləyib. Ermənistana bağlı xəbər agentliyi sistemin Türkiyə və İsraildən satın alınan Azərbaycan hərbi pilotsuz təyyarələri qarşısında uğurla işləyəcəyinə ümid etdiyini bildirib. Qeyd etmək lazımdır ki, Tehranla İrəvan arasındakı sıx münasibət, habelə İranın müxtəlif səbəblərə görə Azərbaycanı məğlub etmək üçün güclü istəyi, adı çəkilən avadanlıqların bu məqalənin yazılan vaxta qədər göndərilməsi ehtimalı çoxda gözlənilməz deyil. Ermənistanın İran sərhədinə yaxın İranın raketdən müdafiə sisteminə çıxışı və NATO standartlarına da cavab verən Türkiyə istehsalı olan təyyarələrə qarşı istifadəsi Tehran hökumətinə xüsusi təcrübə qazandırır. Unutmaq olmaz ki, İran Qərbdəki erməni lobbisinin və diasporasının imkanlarını və təsirlərini yaxşı bilir və məqsədlərinə çatmaq üçün bundan maksimum dərəcədə istifadə edəcəkdir. Sirr deyil ki, İran Qərbdəki və Şərqdəki erməni lobbisinin sanksiyalardan yayınmaq və ona qarşı siyasi təzyiqləri azaltmaq üçün imkanlarından istifadə etdi. Dağlıq Qarabağ müharibəsi ilə silah embarqosunun qaldırılmasının simmetriyası və Ermənistanın başqalarının köməyinə ehtiyacı İranın Qafqazda nüfuzunu çox asanlaşdırdı. Qərbin erməni lobbisi ilə əməkdaşlığı və Qarabağın Ermənistan tərəfindən işğalının davam etməsi ilə bağlı susması İran İslam Respublikasının bölgədəki şərtlərini gücləndirdi. Lakin oktyabr 1-i və 18-də Güney Azərbaycanın mərkəzi şəhərlərində kütləvi etiraz nümayişlərinin keçirilməsi İranın Azərbaycana münasibətində qismən dəyişikliklərə təkan verdi. Beləliklə, İranın regionda ölkələrarası əlaqə və münasibətləri ölkənin idarəçilik sisteminin fəaliyyət strategiyası fonunda bütün mövqeləri açıq şəkildə göstərir”.
Mənbə: Müəllif:
Saleh, Kamrani, beynəlxalq, vebinarda, çıxış, edib,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Ermənilər Kəlbəcərdə evləri yandırırlar
Ərdoğan: “Azərbaycanda erməni zülmü var”
V.Hacıyevin ev dustaqlığına buraxılma vəsatəti təmin edilməyib
İranın azərbaycanlı kinematoqrafçılarından Azərbaycana dəstək
Tehran da Qarabağa dəstək aksiyasına qoşuldu-VİDEO
Güneydə keçirilən Azərbaycana dəstək aksiyasının iştirakçıları həbs olunub
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızdan Qarabağa dəstək aksiyası
İranda referendum keçirilməsi tələb olunur
İran prokrorluğunun açıqlaması etirazçıların gözünü qorxutdu
Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir - Nəsib Nəsibli
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə
Güney azərbaycanlı rejissorların filmləri Türkiyədə kinofestivalda
Azərbaycan nefti cüzi ucuzlaşdı
"10 Tramp gəlsə də heç nə dəyişməyəcək" - Ruhani
İran parlamenti Azərbaycanla bağlı qanun layihəsini qəbul etdi
Güneyli fəal şərti azadlığa buraxıldı
Urmiya muzeyinin eksponatı Türkiyəyə verilir
İranda minlərlə kürd yenə küçələrə çıxdı
Urmu gölünün dəhşətli fəsadı özünü göstərdi
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA
Təbriz fərmandarı Azərbaycan haqqında bunları dedi
Güney Azərbaycanda daha iki fəal həbs edildi
Urmiya gölündə ekoloji vəziyyət getdikcə ağırlaşır - Rəhmanlı limanı qurudu
PKK hücum etdi: 3 türk hərbçisi yaralandı
Ərdəbildə 17 aydır fəhlələrə maaş yerinə boş vədlər verilir
6.1 bal gücündə zəlzələ Yaponiyanı silkələdi
İran türklərinin Yaxın Şərqdəki əhəmiyyəti
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib
Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var
İRANDAN TİLLERSONA CAVAB: NİFRƏTİMİZ ARTIR
Qaradağdan nə xəbər?
İranda növbəti hücum: 16 nəfər yaralandı
Tehranın küçə musiqiçiləri:İndi isə baş örtüyünü çıxar...
Azərbaycan Milli Dirəniş Təşkilatında istefa
Ərdəbildə zəlzələ: xəsarət alanlar var
Urmu gölünün 1000 kvadrat kilometrdən çoxu yenidən canlandırıla bilməz
İRAN YAS İÇİNDƏ...
İranda kömür mədənində partlayış: onlarla yaralı var
Rusiya və İran rəsmiləri Tehranda görüşdü
Məhkəmədən Rza Zərrab və Ebru Gündeşlə bağlı qərar
İranda AES yaxınlığında zəlzələ oldu
ZƏRİF: TRAMPIN SÖZLƏRİNİ CİDDİYƏ ALMAYIN
ƏRDOĞAN: RZA ZƏRRAB ATAMIN OĞLU DEYİL
Zərrabla Atilla birlikdə hakim qarşısına çıxdılar
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN ADLARI AÇIQLANDI: ƏHMƏDİNEJAD YOXDUR
LAVROV: İRAN KRİTERİYALARA CAVAB VERİR, ÜZV OLA BİLƏR
"NƏZARƏT OLMASA, İRAN DA ŞİMALİ KOREYANIN YOLU İLƏ GEDƏCƏK"
İRANDA AVTOBUS AŞDI: 11 ÖLÜ
ABŞ-DAN İRANI ƏSƏBİLƏŞDİRƏCƏK SÖZLƏR
İRANDAKI DAŞQINDA ÖLƏNLƏRİN SAYI ARTMAQDA...
Daşqın Cənubi Azərbaycanı bu hala saldı - EKSKLÜZİV FOTOLAR
CƏNUBİ AZƏRBAYCANDA DAŞQIN: 17 ÖLÜ - Yenilənib
Əhmədinejad yenidən prezident olmaq istəyir - namizədliyini verdi
Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
İranda bir ilk - Qadın prezidentliyə namizədliyini verdi
RUHANİ: PRİORİTETİMİZ RUSİYA VƏ AZƏRBAYCANLA GÜCLÜ ƏLAQƏDİR
ZƏRRABLA ATİLLA HAQQINDA YENİ CİNAYƏT İŞİ AÇILDI
Ruhani: ABŞ-ın Suriyanı bombalaması danışıqlara zərər verdi
EYNİ GÜNDƏ HAKİM QARŞISINA ÇIXACAQLAR
İRANDAN ETİRAZ: SURİYADA VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK
İran prezident seçkilərinə hazırlaşır: Namizədlərin adı açıqlandı
İranda türk milliyyətçiliyini yaydığına görə 5 il həbs cəzası aldı
İran hərbi bazasını Rusiyaya açdı
Rza Zərrab Trampın adamlarını özünə vəkil tutdu
Əhmədinejad Xameneiyini tənqid etdi
İranda ilaxır çərşənbəsində faciə
Haber Yazılımı